Deresam Dagi - Wikipedia
Dərəşam_dağı - Haqqında Məlumat
Dərəşam dağı — Azərbaycanın Babək rayonu ərazisində dağ. Araz çayınin Nehrəm dərəsindədir. İki zirvədən ibarətdir. Dağın yamacları sıldırımdır, zirvələri isə konudvaridir. Cənub və cənub-qərb yamacları sıldırımlı iki konusvari zirvədən (hünd. 946,0 m və 948,0 m) ibarətdir. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşı və dolomitlərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentini təşkil edən antiklinal qalxımın şimal-şərq qanadında yerləşir.[1]
Dərəşam dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 948 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.