Demirqapi Dunay - Wikipedia
Dəmirqapı (serb. Ђердапска клисура, rum. Porţile de Fier) — Dunay çayı yatağının Karpat və Stara-Planin dağlarının birləşdiyi yerdən keçən ensiz hissəsi. Çay qapısı adlanan bu ərazi Serbiya və Rumıniya sərhəddində, Orşov şəhərindən cənubda yerləşir. Uzunluğu 15 km, eni 162 m. olan bu ərazi Avropanın ən gözəl məkanlarından biri hesab olunur.
Təbii və tarixi-mədəni əhəmiyyəti
redaktəÇayın sağ sahilində Serbiyanın Cerdap Milli Parkı yerləşir. Dəmirqapının ən qədim yerli əhalisi romandilli valaxlar olmuş. Valaxlar heyvandarlıqla məşğul olan yarımköçəri tayfalar idi. Çayın şimal sahilində isə müasir rumınların əcdadları məskunlaşmış. Cənubda, isə serblər və serb vlaxları məskunlaşmış
Təsərrüfat əhəmiyyəti
redaktəİti və astanalı axıma malik olan bu ərazidə çay nəqliyyatı demək olar ki, yox idi. 1896-cı ildə tikilən Sip keçid kanalınıdan sonra gəmiçilik inkişaf etməyə başladı. Kanalın üzunluğu 2,5 km-dir. 1964–1972-ci illərdə SSRİ-nin dəstəyi ilə Yuqoslaviya və Rumıniya arasında müasir gəmilər üçün keçid sistemi yaradıldı. Ərazidə böyük su anbarı və iki güclü su eletrik stansiyası istifadəyə verildi (Cerdap I və Cerdap II). Dəmirqapının ən böyük şəhəri Drobeta-Turnu-Severindir (Rumıniya).[1]
Şəkillər
redaktəƏdəbiyyat
redaktə- Böyük Sovet Ensiklopediyası, 3-cü cild.
İstinadlar
redaktə- ↑ "Dəmirqapı". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
Xarici keçidlər
redaktə- Vikianbarda Dəmirqapı (Dunay) ilə əlaqəli mediafayllar var.
- Dəmirqapı (serb dilində.)
- Dəmir qapı Milli Parkı (rumın dilində.)