Demirbulaq Mescidi - Wikipedia
Dəmirbulaq məscidi — İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində XVII–XVIII əsrlərə aid məscid.[1][2]
Dəmirbulaq məscidi | |
---|---|
40°10′21″ şm. e. 44°31′15″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | İrəvan |
Tikilmə tarixi | 1909 |
Üslubu | İran memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəŞəhərin Dəmirbulaq məhəlləsində yerləşdiyi üçün Dəmirbulaq məscidi, məscid binasının üstündə düzəldilmiş günlüyə görə isə Günlüklü məscid adlanmışdır.[3]
Məscid İrəvan şəhərinin varlı şəxslərindən olan Hacı Müzəffər Ağa tərəfindən 1909 əsrlərdə tikdirilmişdir. 1988-ci ilə qədər fəaliyyət göstərən və şəhərin dindar müsəlmanlarına xidmət edən məscid həmin ilin fevral ayında erməni millətçiləri tərəfindən hücuma məruz qalmış, talan edilmiş və yandırılmışdır.[4] Məscid Getar çayı üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün bəzi mənbələrdə ona Körpübulağı adı ilə rast gəlinir. İrəvanın 1856-cı il xəritəsində məscidin adı bu formada verilmişdir, lakin Mehrabovun planı ilə həmin yerdə "Dəmirbulaq məscidi" olduğu qeyd olunmuşdur.[5] Gevond Alişanın "Ayrarat" əsərində "Qırxbulaq məscidi" kimi qeyd edilmişdir.
Memarlıq xüsusiyyətləri
redaktəMəscidin fotoşəkillərinə baxdıqda belə nəticəyə gəlmək olar ki, məscid tufla tikilmiş və ya üzlənmişdi. Onun ən azı üç asimmetrik günbəzi olmuşdu. Əsas və cənub günbəzləri kərpicdən hörülmüş, günbəzin yuxarısına aparan spiral pilləkənlərin kərpic çıxıntıları olmuşdu. Digər daha kiçik günbəz ehtimal ki, qalayla örtülmüşdü.[6]
Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5–2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı. Dörd yanı açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyündən bu məscid Çətirli məscid adlanırdı. Həmin məscid rəsmi sənədlərdə Dəmirbulaq məscidi adlandırılmışdır. Arxitektura baxımından belə məscidlər adətən "Güldəstə" məscidləri tipinə aid edilir. Sonralar yerləşdiyi məkanın adına uyğun olaraq, həmin məscid rəsmi sənədlərdə Dəmirbulaq məscidi adlandırılmışdır.
Tarixi
redaktəÜzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə – yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. 1909-cu ildə Dəmirbulaqda Hacı Müzəffər ağa tərəfindən tikdirilmiş bu məscid 1940-cı illərdə sökülmüşdür. Bəzən məscid binasının sonradan hamam kimi fəaliyyət göstərdiyi də deyilir.[7] İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid Çətirli məscid və yaxud yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur. 1988-ci il fevralın 23-də erməni vandalları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M. F. Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışdılar. 1990-cı ildə Dəmirbulaq məscidi yerlə-yeksan edilmişdir, lakin sonradan xarici jurnalistlərə ermənilərin azərbaycanlılara qarşı xoşməramlı münasibət göstərdiklərini nümayiş etdirmək məqsədilə Dəmirbulaq məscidinin yanmış divarlarını rəngləmişdilər ki, yanğının izləri ört-basdır edilmiş olsun. Yerində çoxmərtəbəli yaşayış binası tikilmişdir.[8]
ABŞ tədqiqatçısı Robert Kullen İrəvana etdiyi səfər haqqında "The New Yorker" qəzetində 15 aprel 1991-ci il tarixli yazısında şəhərdəki azərbaycanlılara məxsus olmuş yeganə fəaliyyət göstərən məsciddən – Dəmirbulaq məscidindən bəhs etmişdir.
Britaniyalı tədqiqatçı Tomas de Vaal 2000-ci ildə İrəvanda səfərdə olarkən Robert Kullenin təsvir etdiyi yerə getmişdir. Tomas de Vaal yazır: "İrəvan sirlərlə dolu şəhərdir. Mənə elə gəlir ki onlardan biri mərkəzi meydanın yaxınlığında Vardanans küçəsindəki 22 №-li çoxmərtəbəli yaşayış evinin arxasinda yerləşir.[9]
Ermənistan SSR Nazirlər Sovetinin yanında Erməni Kilsələri Şurasının 17 avqust 1981-ci ildə verdiyi arayışda Babayev Əkbər Cəfər oğlunun Dəmirbulaq məscidinin icraiyyə orqanının sədri olduğu göstərilmişdir. Həmin orqanın 2 iyun 1985-ci ildə verdiyi digər arayışda Myasnikyan rayonu, Nərimanov küçəsi-145 (hazırda Vardanans küçəsi) ünvanında yerləşən Dəmirbulaq məscidi üçün siqnalizasiya quraşdırılması məsələsi qaldırılmışdır.[10]
İstinadlar
redaktə- ↑ İbrahim Bayramov. "Qərbi Azərbaycan: tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti". Bakı, "Şərq-Qərb", 2012. səh.276
- ↑ "Qədim Azərbaycan yurdu". www.elibrary.az. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
- ↑ "Dəmirbulaq məscidi". haqqinda.az. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
- ↑ Ermənistanda Azərbaycan mədəni irsinə qarşi vandalis Arxivləşdirilib 2011-01-24 at the Wayback Machine m
- ↑ Nazim Mustafa. İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri. Bakı. 2016.
- ↑ "Dəmirbulaq məscidi". www.ens.az. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
- ↑ Ələkbərli Əziz. Qərbi Azərbaycan abidələri. Bakı: “Nurlan” nəşriyyatı. 2007.
- ↑ "Dəmirbulaq məscidi". iravan1918.com. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
- ↑ "İRƏVANDA, ERMƏNİ TERRORUNUN QURBANI – DƏMİRBULAQ MƏSCİDİ". millikimlik.az. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
- ↑ "Məscidlər". iravan.preslib.az. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.