Dozumlu Minareler Film 1991 - Wikipedia
Dözümlü_minarələr_(film,_1991) - Haqqında Məlumat
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Dözümlü minarələr | |
---|---|
Janr | sənədli film |
Rejissorlar | Yavər Rzayev |
Ssenari müəllifi | Toğrul Cuvarlı |
Operator | Nizami Abbas |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1991 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan |
İl | 1991 |
Texniki məlumatlar |
2 hissə 531 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəFilm mədəniyyət abidələri olan məscidlərdən bəhs edir. Kinolentdə Azərbaycanın müxtəlif bölgələrində — Şamaxıda, Qubada, Lənkəranda, Zaqatalada, Bakıda və onun ətraf kəndlərindəki məscidlərin tarixi, memarlıq xüsusiyyətləri və bugünkü vəziyyəti əks etdirilmişdir. Burada, yeri gəldikcə, arxiv sənədlərindən və rəsm əsərlərindən də istifadə edilmişdir.
Film haqqında
redaktəFilm Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Yavər Rzayev
- Ssenari müəllifi: Toğrul Cuvarlı
- Operator: Nizami Abbas
- Səs operatoru: Şamil Kərimov
Sponsor
redaktəMənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 353.