Dordler Gedebey - Wikipedia
Dördlər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun İsalı kənd inzibati ərazi dairəsində kənd.[1]
Dördlər | |
---|---|
40°37′ şm. e. 45°27′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəDördlər (oyk.)(sadə) Gədəbəy rayonunun kənd. Axıncaçayın sahilində, Şahdağ silsiləsinin ətəyindədir.
Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi dörd qardaşa (Sadiq bəy, Cəlal bəy, Alı bəy, Əmiraslan ağa) məxsus ailələrin məskunlaşması nəticəsində yarandığından belə adlandırılmışdır.[2]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 343 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Təhsil
redaktə40 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 285 000 manat vəsait ayrılmışdır.[4]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. (e-qanun.az)". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.