Covanni Francesko Cemelli Karreri - Wikipedia
Covanni Françesko Cemelli Karreri (Giovanni Francesco Gemelli Careri; ən tezi 15 oktyabr 1648 və ən geci 17 oktyabr 1648[1] – 25 iyul 1725, Neapol) — İtalyan səyyahı. Şah Süleyman Səfəvinin hakimiyyəti ilə eyni vaxtda İrana səfər edən və Şah Sultan Hüseynin tacqoyma mərasimində iştirak edən italyan səyyahı.
Covanni Françesko Cemelli Karreri | |
---|---|
Doğum tarixi | ən tezi 15 oktyabr 1648 və ən geci 17 oktyabr 1648[1] |
Vəfat tarixi | 25 iyul 1725 (76 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], hüquqşünas, yazıçı, tarixçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1651-ci ildə İtaliyada anadan olub, 1725-ci ildə 74 yaşında Neapolda vəfat edib. 1693-cü il iyunun 14-də təhsilini başa vurduqdan sonra dünyanı gəzmiş və bu səfər beş il yarım davam etmişdir. Misir, Konstantinopol, Ermənistan, İran, Hindistan, Çin və Filippində gəzmiş, sonra o, bütün dünyaya səyahət etmişdir. Sakit Okeandan Meksikaya və nəhayət İspaniyaya girmiş və Fransadan İtaliyaya qayıtmışdır. 4 dekabr 1698-ci ildə İtaliyadakı səyahətini tamamlamış və 1699-cu ildə Neapolda "Dünyada Səyahət" adı altında səyahət təsvirini nəşr etmişdir.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Doria P. GEMELLI CARERI, Giovanni Francesco // Dizionario Biografico degli Italiani (it.). 2000. Vol. 53.
- ↑ Source Article: Giovanni_Francesco_Gemelli_Careri; Angela Amuso Maccarrone, Gianfrancesco Gemelli-Careri. L'Ulisse del XVII secolo, 2000