Corc Gersvin - Wikipedia
Corc Gerşvin (ing. George Gershwin, əsl adı Yakov (və ya Ceykob) Gerşvin, ing. Jacob Gershwine; 26 sentyabr 1898 — 11 iyul 1937) — amerikalı bəstəkar və pianoçu.
Corc Gerşvin | |
---|---|
ing. George Gershwin | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Jacob Gershwine |
Ləqəbi | Murik |
Doğum tarixi | |
Doğum yeri | Bruklin, Nyu-York, ABŞ |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Los-Anceles, Kaliforniya, ABŞ |
Vəfat səbəbi | beyin xərçəngi[d] |
Vətəndaşlığı | ABŞ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu |
Fəaliyyət illəri | 1916 — 1937 |
Janrlar | caz, blyuz, opera |
Musiqi aləti | piano |
Əlaqələri |
Ayra Gerşvin (qardaşı) Pol Uaytmen |
Təhsili | ] |
Mükafatları | Pulitser mükafatı (1932) |
gershwin.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəGerşvin ABŞ-yə Rusiyadan köçmüş yəhudi ailəsində anadan olmuşdur. Onun babası Yakov Gerşovits 25 il rus ordusunda mexanik vəzifəsində xidmət etmiş və yəhudi olaraq sərbəst dolaşmaq, ev sahibi olmaq hüququ əldə etmişdi. O, təqaüdə çıxmış və Sankt-Peterburq yaxınlığında məskunlaşmışdı. Onun oğlu Moyşe Gerşovits qadın ayaqqabı sexində dərikəsən işləyirdi. Burada o, dəri ustasının qızı Roza Bruskinaya aşiq olur. Lakin tezliklə Bruskinanın ailəsi Rusiyada yəhudilərə qarşı olan mənfi münasibətin nəticəsi olaraq Nyu-Yorka köçür. Rus ordusunda xidmət etmək istəməyən Moyşe də əlinə imkan düşən kimi ABŞ-yə gəlir və burada dərzi işləyən dayısının yanında məskunlaşır. Qadın ayaqqabı sexində usta kimi işə düzəlir və özünü təmin edə bilir. ABŞ-yə gələn kimi o, adını Morris olaraq dəyişir və 21 iyul 1895-ci ildə Nyu-Yorkda Roza Bruskina ilə ailə qurur. Təxminən 1893–1898-ci illər aralığında, ola bilsin ki, evlənərkən, o soyadını dəyişərək Gerşvin soyadını götürür.[1]
Ailənin ilk uşağı 6 dekabr 1896-cı ildə dünyaya gələn və əvvəlcə İsrail adı verilən Ayra Gerşvin olur. 26 sentyabr 1898-ci ildə isə Corc Gerşvin anadan olur. Doğum haqqında şəhadətnaməsində onun adı Ceykob Gerşvayn ing. Jacob Gershwine şəklində yazılmışdı. O rus ordusunda xidmət edən babasının şərəfinə belə adlandırılmışdı.
Ayra və Corcdan sonra ailədə daha iki uşaq dünyaya gəldi: Artur (1900–1981) və Frensis (1906–1999).
Musiqi üslubu və təsiri
redaktəO, daha çox piano ifa edirdi. Caz musiqisi, Avropa musiqisi onun peşəkar olduğu sahələr idi.
Əsərləri
redaktəƏn məşhur əsəri "Blyuz tonlarında rapsodiya" olmuşdur.
İstinadlar
redaktə- ↑ Pollack, Howard. George Gershwin. His Life and Work (2006), University of California Press, p. 3, ISBN 978-0-520-24864-9
Xarici keçidlər
redaktə- Free scores Arxivləşdirilib 2012-10-18 at the Wayback Machine at the Mutopia Project
- MusicalTalk Podcast on George Gershwin (part one of two)
- MusicalTalk Podcast on George Gershwin (part two of two)
- gershwin.com — Rəsmi saytı
- Classical.net Gershwin page
- George Gershwin at the Internet Broadway Database
- George Gershwin — IMDb səhifəsi
- George Gershwin Bio at Jewish-American Hall of Fame
- George Gershwin Collection at the Harry Ransom Center at the University of Texas at Austin
- George Gershwin WWI draft card at National Archives
- 1922 passport photo, George Gershwin (flickr.com)