Comerd Qessab Turbesi - Wikipedia
Comərd Qəssab türbəsi — Qədim Gəncə ərazisində, Bakı – Gəncə dəmir yolu xəttindən cənubda yerləşən tarixi memarlıq abidəsidir.
Comərd Qəssab türbəsi | |
---|---|
40°42′11″ şm. e. 46°24′34″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Qədim Gəncə |
Aidiyyatı | Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu |
Tikilmə tarixi | IX əsr |
Material | kərpic |
İstinad nöm. | 198 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Türbədə dəfn edilmiş Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Bir rəvayətə görə, Comərd Gəncədə hörmətə malik qəssab olmuş, digər bir rəvayətə görə isə, Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşmüş, İslam dinini qəbul etmiş və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında yeni dinin yayılması ilə məşğul olmuşdur.
Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışımından istifadə olunmuşdur.
Tarixi
redaktəComərd Qəssab
redaktəComərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur.[1] Gəncə sakinləri arasında yayılan rəvayətə görə, Comərd, Gəncənin qədim məhəllələrindən birində qəssablıq edər, əhaliyə ət satar, heç bir tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırarmış.[1]
Digər bir rəvayətə görə, Comərd Qəssab türbəsi Məhəmməd peyğəmbərin əmisi oğlu IV raşidi xəlifəsi Əli ibn Əbu Talibin dövründə yaşamış, həddən artıq namuslu, ədalətli və insaflı bir qəssabın qəbri üstündə tikilib.[2] Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşür, İslam dinini qəbul edir və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında İslamın yayılması ilə məşğul olur.[2] O düşmənlərin Gəncəyə hücumu zamanı şəhərin müdafiəsi zamanı şəhid olur.[2]
Türbənin inşası
redaktəQədim Gəncə ərazisində, o cümlədən Comərd Qəssab türbəsində arxeoloji tədqiqat işləri aparmış İshaq Cəfərzadə türbə haqqında bəhs edərkən deyir:
Dövrümüzə qədər çatmış və yerli sakinlər arasında məşhur olan əfsanəyə görə, türbə, ədalətli və doğruluq tərəfdarı olan, dördüncü İslam xəlifəsi Əli ibn Əbu Talibin (555/556-661/662) hakimiyyəti dövründə yaşamış qəssabın məzarı üzərində inşa edilmişdir. Qəssab şəhərdə məşhur olmaqla, əhalinin hörmət və izzətini qazanmışdır.[3] |
Bu məlumata əsaslanan İ.P.Şeblıkin türbənin XI-XII əsrlərdə inşa edilmiş ola billəcəyi ehtimalını irəli sürür.[4] Ə. Salamzadə isə qeyd edir ki,
Hətta Comərd Qəssabla bağlı əfsanənin düzgünlüyünə inansaq belə, onun dəfn edildiyi ehtimal edilən məzar üzərində türbənin, şəxsin yaşadığı dövrdə inşa edildiyini düşünmək olmaz. Ehtimal ki, dövrümüzə çatmış türbənin yerində əvvəllər daha qədim bir türbə olmuş, onun dağılmasından sonra isə yeni türbə inşa edilmişdir.[5] |
Ə. Salamzadənin fikrincə dövrümüzə çatmış türbənin bəzi stilistik xüsusiyyətləri onun inşa tarixini XVII əsrə aid etməyə imkan verir.[5] Bu cür fikir səsləndirərkən tədqiqatçı-memar ilk növbədə XVII-XVIII əsr türbələri üçün xarakterik olan, giriş yerlərinin böyük ölçülü olmasına əsaslanır.[5] Bu zaman Ə. Salamzadə Comərd Qəssab türbəsini, Tovuz rayonu ərazisində yerləşən və XVII əsrə aid edilən Yanıqlı türbəsi ilə müqayisə edir.[5]
Restavrasiyası
redaktə1139-cu il Gəncə zəlzələsi zamanı Qədim Gəncə ərazisindəki əksər tikililər kimi, Comərd Qəssab türbəsi də ciddi dağıntıya məruz qalmışdır.[6] 1940-cı ildə ilk dəfə arxeoloji tədqiqatlar aparan İshaq Cəfərzadə VII əsrə aid tapıntılar sırasında Comərd Qəssabın qəbrini də aşkar edərək üzə çıxarıb.[6]
XX əsrin 60-ci illərində türbə dağıdılmış, uzun müddət uçulmuş və baxımsız vəziyyətdə qalmışdır. 2004-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Comərd Qəssabın məzarını və məzarüstü türbəsinin bərpa işlərinə başlanılmışdır.[7] Abidənin bərpası zamanı Naxçıvan şəhərindən gətirilmiş qədim dövrün kərpicləri istifadə edilmişdir.[7]
Memarlıq xüsusiyyətləri
redaktəTürbə planda səkkizguşəli formaya malikdir.[8] Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir.[8] Xaricdən olan çıxıntılar iki qatlıdır. Künc çıxıntılarının olması abidəyə xarakterik görünüş bəxş edir. Türbənin divarlarında ox üzrə yerləşdirilmiş dörd giriş qapısı vardır. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışımından istifadə olunmuşdur.[8]
İstinadlar
redaktə- ↑ 1 2 "Əfsanələr, rəvayətlər, həqiqətlər: "Comərd Qəssab" türbəsi". azertag.az. AzərTac. 24 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2019. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 Mustafa, İlham. "Min üç yüz ildir "yaşayan" qəssab". sputnik.az. 19.11.2016. 23 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2019. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Джафарзаде, И.М. Историко-археологический очерк старой Гянджи. Баку. 1949. 19.
- ↑ Щеблыкин, И. П. Памятники зодчества Азербайджана. Баку. 1949. 24.
- ↑ 1 2 3 4 Саламзаде, 1964. səh. 51
- ↑ 1 2 Səmədova, Samirə. "Gəncə çayının sağ sahilində yerləşən "Comərd Qəssab" türbəsi". ganjanews.az. 18/08/2017. 24 September 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 may 2019. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 "Comərd Qəssab türbəsi". heydar-aliyev-foundation.org. Heydər Əliyev Fondu. 6 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2019. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 Саламзаде, 1964. səh. 50
Ədəbiyyat
redaktə- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Comərdi Qəssab türbəsi Arxivləşdirilib 2016-06-14 at the Wayback Machine
- Əfsanələr, rəvayətlər, həqiqətlər: “Comərd Qəssab” türbəsi
Gəncə portalı Memarlıq portalı İslam portalı Azərbaycan portalı Tarix portalı |