Coberti Vincenso - Wikipedia
Coberti Vinçenso (5 aprel 1801[1][2][…], Turin, Sardiniya krallığı[4][5] – 26 oktyabr 1852[1][3][…], Paris[4][5]) — italyan filosofu, publisist, dövlət xadimi, Risorcimentonun başlıca ideoloqlarından biri.[6]
Coberti Vinçenso | |
---|---|
ing. Vincenzo Gioberti | |
Sardiniyanın 5-ci Baş Naziri | |
16 Dekabr 1848 – 21 Fevral 1849 | |
Əvvəlki | Ettore Perron San-Martino |
Sonrakı | Aqostino Çiodo |
Şəxsi məlumatlar | |
Doğum adı | Vincenzo Gioberti |
Doğum tarixi | 5 aprel 1801[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 1852[1][3][…] (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | filosof, professor, siyasətçi, yazıçı |
Dini | Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTurin Universitetinin ilahiyyət fakültəsini bitirmişdir (1823). 1825-ci ildən keşiş, 1826-cı ildən Pyemontda saray kapellanı olmuşdur. Gizli cəmiyyətlə əlaqədə şüb həli bilinərək 1833-cü ildə həbs edilmiş və Pyemontdan sürgün edilmiş, Parisdə və 1834–45-ci illərdə əsas əsərlərinin buraxıldığı Brüsseldə yaşamışdır. Onun İtaliyanın milli dirçəlişi və papanın başçılığı altında dövlətlər federasiyasında birləşməsi proqramından ibarət "İtalyanların mənəvi və sivil birinciliyi haqqında" ("Del primato morale e civile degli Italiani", 1843) və "Müasir yezuit" ("Il gesuita moderno", vol. 1–7, 1846–47) əsərləri, həmçinin dini-fəlsəfi kitabları çox geniş populyarlıq qazanmışdı.[6]
Fəaliyyəti
redaktəİtaliyaya zəfərlə qayıdışı Cobertinin Pyemontun deputatlar palatasına deputat seçilməsi (1848), onun prezidenti olması ilə başa çatmışdı; 1848-ci ilin dekabrından 1849-cu ilin fevralınadək nazirlər kabinetinə başçılıq etmişdir. Avstriya ilə müharibədə Pyemontun məğlubiyyətindən (1849) sonra Parisdə könüllü sürgündə olmuş, başlıca fəlsəfi əsəri "Protologiya"nın ("Della Protologia"; tamamlanmamışdır, 1857-ci ildə nəşr edilmişdir) üzərində işləmişdir. "İtaliyanın sivil bərpasına dair" ("Del rinno vamento civile d`Italia", vol. 1–2, 1851) siyasi traktatında gələcəyin İtaliyası unitar dünyəvi dövlət kimi təsəvvür edilmişdir. "Fəlsəfənin öyrənilməsinə giriş" ("İn -troduzione allo studio della filosofia", vol. 1–4, 1840) əsərində dində (protestantizm) və fəlsəfədə "psixologizm"in tənqidi ilə çıxış edən Coberti xristian platonizmi ənənəsinə əsaslanaraq "ontologizm" prinsipini ona qarşı qoymuşdur. Cobertinin fəlsəfi sisteminin mərkəzində yaratma ideyası durur, onun düsturu: "Var olan mövcud olanı yaradır" (L`Ente crea l`esistente). Var olanın (yəni Tanrının) mövcudiyyətlə eyniləşdirilməsi panteizmə, yaxud hətta materializmə aparıb çıxarır. "İkinci yaradıcı tsikl" insanın mənən başqa şəklə düşməsi prosesi və onun Tanrıya yetməsidir. Cobertinin əsərləri Vatikan tərəfindən "Yasaqlanmış kitablar indeksi"nə daxil edilmişdi. C. Centilinin aktual idealizminə və M. F. Şakkanın dini spiritualizminə Cobertinin təsiri olmuşdur.[6]
Əsərləri
redaktə- Epistolario. Firenze, 1927–1937. Vol. 1–11;
- Edizione nazionale delle opere… Mil.;Padova, 1938–1977. Vol. 1–31.[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Vincenzo Gioberti // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Vincenzo Gioberti // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 Джоберти Винченцо // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 www.accademiadellescienze.it (it.).
- ↑ 1 2 3 4 Coberti// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 372. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Xarici keçidlər
redaktə- Bioqrafiyası Arxivləşdirilib 2017-01-12 at the Wayback Machine
- Coberti Vinçenso