Cavid Necefov - Wikipedia
Cavid Nəcəfqulu oğlu Nəcəfov (1929, Novxanı – 21 may 2007) — dövlət xadimi[1] Azərbaycan SSR "Kənd təsərrüfatı istehsalının mexanizasiya və elektrifikasiyası" idarəsində rəisi.
Cavid Nəcəfov | |
---|---|
Cavid Nəcəfqulu oğlu Nəcəfov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 21 may 2007 |
Həyatı
redaktəƏslən Novxanı kəndindən olan C.Nəcəfov 1929-cu ildə Bakı şəhərində anadan olub. Onun Məktəb illəri Böyük Vətən müharibəsinin ağır illərinə təsadüf edib. Ona görə də balaca Cavid çox çətinlik və ehtiyac içində, öz zəhməti, ağlı və biliyi sayəsində 1947-ci ildə orta məktəbi başa vurur və indiki Azərbaycan Texniki Universitetinin "Nəqliyyat" fakültəsinə daxil olur.
1952-ci ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra C.Nəcəfov elə həmin il əmək fəaliyyətinə başladı. İlk olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində mühəndis-mexanizator kimi işə qəbul edilib. 1953–54-cü illərdə həmin nazirlikdə böyük mühəndis vəzifəsinə keçirildi. Bu illərdə öz işgüzarlığı və zəhmətkeşliyi ilə digər işçilərdən fərqlənirdi. Ona görə də 1954–55-ci illərdə onu Karyaqin (indiki Füzuli) rayonunda MTS — da baş mühəndis vəzifəsinə təyin edirlər. Bundan sonra 1955–61-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində əvvəlcə böyük mühəndis, sonra isə "Mexanizasiya və elektrifikasiya" idarəsində rəis müavini – baş mühəndis vəzifələrinə qədər yüksəlmişdir. 1961–62-ci illərdə "Yeni texnikanın dərindən və hərtərəfli öyrənilməsi, kəşfi və reklamı" idarəsində rəis və "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Respublika Birliyinin sədr müavini vəzifələrində çalışmışdır.
1962–63-cü illərdə Azərbaycan SSR "Kənd təsərrüfatı istehsalının mexanizasiya və elektrifikasiyası" idarəsində rəis vəzifəsində fəaliyyət göstərmişdir.
1963–68-ci illərdə Azərbaycan SSR Nazirlər Kabinetində böyük referent, 1968–72-ci illərdə isə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" birliyində sədr müavini işləmişdir.
1972–74-cü illərdə "İttifaq Kənd Təsərrüfatı Texnikası" Ümumittifaq Birliyinin Zaqafqaziya filialının rəisi vəzifəsində səy göstərmişdir.
1974–79-cu illərdə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyində "Kənd Təsərrüfatı Nəqliyyatı" xüsusi avtomobil idarəsində rəis müavini və boyük mühəndis kimi çalışmışdır.
1979-cu ilin dekabr ayından 1986-cı ilin fevral ayına qədər əvvəlcə Azərbaycan SSR Nazirlər Kabineti yanında Nəqliyyat idarəsinin rəisi, 1986–88-ci illərdə "mexanizasiya və nəqliyyat" idarəsinin rəisi, 1988–89-cu illərdə isə Azərbaycan SSR Dövlət Aqrar Sənaye nəzdində "Azərbaycan Kənd Təsərrüfatı Kimyası" Birliyinin "İstehsalat xidməti və nəqliyyat" idarəsinin rəisi vəzifələrində fəaliyyət göstərmişdir. 1989–90-cı illərdə "Azərkəndkimya" Birliyinin "Hesablama və informasiya işləri" şöbəsinin rəisi işləmişdir.
1990-cı ildən sonra "Azərkəndkimya" Birliyində aparıcı mühəndis, idarənin baş mütəxəssisi, aparıcı mütəxəssis və 1995–96-cı illərdə "Nəqliyyat və mexanikləşdirmə" şöbəsində rəis əvəzi kimi çalışmışdır.
1996–97-cı illərdə isə həmin birliyin "İstehsalat və aqrokimyəvi xidmət" idarəsində nəqliyyat və mexanikləşdirmə işləri üzrə baş mütəxəssis işləmişdir.
İşlədiyi bütün bu müddət ərzində Cavid Nəcəfov özünü təcrübəli mütəxəssis, bacarıqlı təşkliatçı, əməli işçi, həssas yoldaş kimi göstərib. Həmkarları arasında həmişə layiqli şəxsiyyət kimi böyük hörmət qazanmışdır.
Cavid Nəcəfovun Azərbaycanın Kənd Təsərrüfatının çiçəklənməsində dövlətə göstərdiyi xidmət dövlət tərəfindən diqqətsiz qalmamışdır. Şərəfli işinə görə dəfələrlə rəhbərlik tərəfindən təşəkkürnamələr almışdır. Onun bu əməyi 1966-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illik medalı, LKGİ — nın 50 illiyi münasibətilə yubiley nişanı, 1988-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə "Əmək Veteranı" medalı və 1989-cu ildə "Azərkəndkimya" Birliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
1964-cü ildə C.Nəcəfovun "Kənd Təsərrüfatı Texnikasının saxlanması təcrübəsindən" adlı kiçik elmi kitabı çapdan çıxmışdır. C.Nəcəfov uzun iilər Kommunist partiyasının üzvü olub və partiya qabaqcılları sırasında seçilirdi. О, çox qayğıkeş bir insan idi. Оnu tanıyanlar içərisində elə bir insan tapılmaz ki, C.Nəcəfovun ona köməyi dəyməsin. Qohumları və dostları içərisində həmişə əliaçıqlığı, ürəktəmizliyi ilə seçilib. Ehtiyacı olan insanlara həmişə istər maddi, istərsə də mənəvi köməklik göstərib. Yuxarıda sadalanan yüksək vəzifələrdə işlədiyi vaxtlarda belə hər bir zaman özünün sadəliyi ilə fərqlənib.
Cavid Nəcəfov 2007-ci il may ayının 21-də Bakı şəhərində vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31.