Canguden Film 1961 - Wikipedia
Cangüdən_(film,_1961) - Haqqında Məlumat
"Cangüdən" (yap. 用心棒) — rejissor Akira Kurosavanın filmi.
Cangüdən | |
---|---|
yap. 用心棒 | |
Janr | Döyüş |
Rejissor | Akira Kurosava |
Ssenari müəllifləri |
Rüdzo Kikusima Akira Kurosava |
Baş rollarda |
Toşiro Mifune Tasuya Nakaday |
Operator | Kadzuo Miyaqava |
Bəstəkar | Masaru Sato |
Montajçı | Akira Kurosava |
İstehsalçı | Toho Company Ltd. |
Distribütor | Toho[d], Netflix |
İlk baxış tarixi | 25 aprel 1961 |
Filmin növü | bədii film |
Müddət | 110 dəqiqə |
Büdcə | 90.870.000 ¥ |
Gəlir | 351.000.000 ¥ |
Ölkə | Yaponiya |
Dil | yapon dili |
İl | 1961 |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Yaponiya |
IMDb | ID0055630 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəFilmdə baş verən hadisələr XIX əsrdə Yaponiya ərazisində baş verir. Kiçik bir şəhərcikdə iki quldur qəbilə yerli əhalini qorxu və vahimə altında saxlamaqdadırlar. Kuvabatake Sandzuro adlı avara samuray öz qılıncının və fitnə-fəsadlarının köməyi ilə həmin iki dəstəni qarşı-qarşıya qoyur. Bununla da samuray onların bir-birini məhv etməklərinə nail olur. Bu hadisədən sonra kiçik şəhərdə sakitlik bərpa olur və samuray oranı tərk edir.
Film haqqında
redaktə- Rejissor Volter Hillin 1996-cı ildə Brüs Uillisin iştirakı ilə çəkdiyi "Tənha qəhrəman" filmi süjet baxımından eynilə "Cangüdən"i xatırladır. Filmlərin arasında olan yeganə fərq yeni işin qanqster döyüş filmi üslubunda çəkilməsidir.
Filmin heyəti
redaktəFilmin üzərində işləyənlər
redaktə- Ssenari müəllifləri : Rüdzo Kikusima, Akira Kurosava
- Rejissor : Akira Kurosava
- Operator : Kadzuo Miyaqava
- Bəstəkar : Masaru Sato
- Prodüserlər : Rüdzo Kikusima, Akira Kurosava, Tomoyuki Tanaka
Rollarda
redaktə- Toşiro Mifune – samuray Sandzuro Kuvabatake
- Tasuya Nakaday – Unosuke
- Yoko Sukasa – Nui
- Daysuke Kato – İnokiti
- Seydzaburo Kavadzu – Seybey
- Takasi Simura – Tokuemon
- İsudzu Yamada – Orin
- Eydziro Tono – meyxana sahibi Qondzi
- Asusi Vatanabe – tabutçu