Candargol - Wikipedia
Candargöl[1] (gürc. ჯანდარის ტბა) — Ağstafa rayonunda yerləşən göl. Azərbaycan Respublikasının qərbdəki iki ucqar nöqtəsindən biridir. Eyni zamanda Azərbaycan və Gürcüstan arasındakı sərhəd gölün tam ortasından keçir.
Candargöl | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 291 m |
Eni | 3 m |
Uzunluğu |
|
Sahəsi | 10600 km² |
Həcmi | 0,051 km³ |
Dərin yeri | 7,2 m |
Yerləşməsi | |
41°25′33″ şm. e. 45°13′03″ ş. u.HGYO | |
Ölkələr | |
Rayon | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göl dəniz səviyyəsindən 291,4 m yüksəkdə yerləşir, sahəsi – 10,6 kv.km, eni – 3 km, uzunluğu – 6,4 km, orta dərinliyi – 3,75 m, maksimal dərinliyi – 7,2 m, həcmi – 51,0 mln. m³ -dir .
Suyun temperaturu yayda +30–32 °С, qışda +2–3°С təşkil edir. Nadir hallarda – çox soyuq keçən qış aylarında donur. Daimi təbii axarları yoxdur. Əsasən qədim Xan arxı (Qardabani arxı) və hövzəsindəki suvarma sistemlərinə daxil olan arxların gətirdiyi çay suları, eləcə də atmosfer suları və yeraltı sular hesabına qidalanır. Cənubi Qafqazın 1823 və 1880-ci illərə aid xəritələrində göl coğrafi obyekt kimi qeydə alınmışdır.
Ətrafının bəzi yerlərində bataqlıqlar var. 1927-ci ildə qurumuş, 1928-ci ildə yenidən dolmuşdur. 1993-cü ildə Azərbaycan və Gürcüstan respublikaları arasında bağlanmış benəlxalq müqaviləyə əsasən Gürcüstan hər il Qardabani magistral kanalı vasitəsilə Candargölə 70 mln. m³ həcmində Kür suyu ötürür. Onun 50 mln. m³ Ağstafa rayonunda suvarma işləri üçün, 20 mln. m³ isə gölün ekoloji tarazlığının qorunması üçün istifadə olunur .
Gölün suyu şirindir. Florasında qamış və həsirotu üstünlük təşkil edir.
Göldə 20-dən artıq balıq növü yaşayır. Onlardan karp, som, şirbit, çömçə balığı, xramuli və s.-i göstərmək olar.
Borçalı bölgəsində Candar kənd adına 1536-cı ilə aid məxəzlərdə rast gəlinir . Hazırda Qardabani rayonunda – gölün yaxınlığında əhalisi azərbaycan türkləri olan Candar, Marneuli rayonunda Aran Candar və Dmanisi rayonunda Lök-Candar kəndləri var. Belə kənd adına 1723-1728-ci illərdə tərtib olunmuş “Tiflis əyalətinin müfəssəl dəftəri” adlı Osmanlı təhrir sənədində də rast gəlirik .
Gölün adının 1140-1146-cı illərdə Azərbaycan və Aran hökmdarı olmuş Çavlı Candar və onun mənsub olduğu candar (türk) tayfasının adı ilə bağlı olduğu güman edilir. Bu tayfa yalnız Cənubi Qafqazın deyil, həmçinin Osmanlı dövlətinin təşəkkülü və inkişafında mühüm rol oynamış toplumlardan biridir.[2]
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 186. ISBN 978-9952-441-10-9.
- ↑ Aybəniz Əhmədova. Candargöl. "Bütöv Azərbaycan" qəzeti, 1 noyabr 2018-ci il, s. 13.