Cahid Bagci - Wikipedia
Cahit Bağçı (türk. Cahit Bağcı; 25 iyun 1964, Osmancık, Çorum ili) — Türkiyəli siyasətçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2021—2024)[2][3].
Cahid Bağçı | |
---|---|
türk. Cahit Bağçı | |
3 aprel 2021 – 3 dekabr 2024 | |
Əvvəlki | Erkan Özoral[türk.][1] |
Sonrakı | Birol Akgün |
10 avqust 2007 – 1 noyabr 2015 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 iyun 1964 (60 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb.
Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub.
1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində[ing.] tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb.
Vanda Cəza və İcra Qurumları, Həbs Evlərini İzləmə Şurasının üzvü və məruzəçisi vəzifəsində çalışıb. Aİ Təhsil və Gənclik Proqramları Mərkəzində koordinator və məsləhətçi olub.
ingilis dilini yüksək səviyyədə, alman və ərəb dillərini orta səviyyədə bilir. Evlidir, 3 övladı var.
3 aprel 2021-ci ildə Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib[4][5].
İstinadlar
redaktə- ↑ İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
- ↑ "Eski AK Parti Milletvekili Cahit Bağcı Azerbaycan Büyükelçiliği'ne atandı". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
- ↑ KİV: "Türkiyə Azərbaycana yeni səfir təyin edib"
- ↑ "Türkiyənin yeni səfiri kimdir? — DOSYE". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
- ↑ İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib