Cahangir Mirze Qovanli Qacar - Wikipedia
Cahangir mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (1810-1853) — Qacar şahzadəsi, vali, tarixçi.
Cahangir mirzə Qovanlı-Qacar | |
---|---|
Cahangir mirzə Abbas mirzə oğlu Qacar Qovanlı | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Dəfn yeri | |
Atası | Abbas mirzə |
Fəaliyyəti | tarixçi, tərcüməçi |
Həyatı
redaktəAbbas Mirzənin üçüncü оğlu Cahangir mirzə 1810-cu ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. "Tarixi nоu" -yеni tarix adlı tarixi əsər (Cahangir mirzə, Tarixi nоu, Tehran, 1327, hicri-qəməri) yazmışdı.
Əminə Pakrəvan yazır: "Lakin sonralar Abbas mirzənin güvənini qazanan, gələcəyinə umud bağladığı Cahangir mirzə olmuşdur. Cahangir mirzənin isə ana tərəfindən soyu bəllidir. Cahangir mirzə ana tərəfindən böyük xanların birinə bağlı idi. Druvil onun özəl xüsusiyətləri haqda bunu da yazmaqdadır ki, güldüyü zaman çox içdən və qəhqəhə ilə gülürdü. Şahzadə, Təbrizin otuz ağaclığında olan Ucan qəsəbəsində özünə bir saray tikdirmişdi". Qardaşı Məhəmməd mirzə şahlığa yiyələnəndə o, Qaimməqam Fərəhani tərəfindən tutulub zindan küncünə atılmışdı. Cahangir mirzə Ərdəbil vilayətinin hakimi olmuşdu. Cahangir mirzə 1853-cü ildə vəfat edib. Qumda Məsumə türbəsi gorgahında dəfn edilib.
Ailəsi
redaktəCahangir mirzə Dilşad xanımla ailə qurmuşdu. Sultan Hüseyn mirzə, Sultan Fəthulla mirzə, Sultan Məsud mirzə, Sultan Səncər mirzə, Sultan Səlim mirzə adlı oğlanları vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.