Cefer El Eskeri - Wikipedia
Cəfər Paşa əl-Əsgəri (ərəb. جعفر باشا العسكري; 15 sentyabr 1885[1], Bağdad – 30 oktyabr 1936, Bağdad) — fərqli tarixlərdə 2 dəfə baş nazir təyin olunan İraqlı siyasi xadim, İraq baş naziri.[2][3][4][5][6]
Cəfər əl-Əskəri | |
---|---|
ərəb. جعفر العسكري | |
22 noyabr 1923 – 3 avqust 1924 | |
Monarx | I Feysəl |
Əvvəlki | Əbdül Möhsün əl-Sədun |
Sonrakı | Yasin əl-Haşimi |
21 noyabr 1926 – 11 yanvar 1928 | |
Monarx | I Feysəl |
Əvvəlki | Əbdül Möhsün əl-Sədun |
Sonrakı | Əbdül Möhsün əl-Sədun |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 sentyabr 1885[1] |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 1936 (51 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, əsgər |
Dini | sünni islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBirinci Dünya müharibəsi sırasında və savaşdan sonra, milliyətçi Ərəb hərəkatlarında önəmli rol oynamış, 1921-ci ildə qurulan İraq krallığının ən başdan bəri dəstək olmuş və xidmət etmişdir.
Bağdad və İstanbulda təhsil alan Cəfər əl-Əskəri, 1909-cu ildə Osmanlı ordusunda vəzifə aldı. Bacarıqlı, dil sarıdan bilgili və istedadlı bir şəxs kimi diplomatiya meydanında uğur qazandı. Birinci Dünya müharibəsi sırasında, 1915-ci iltdə, Osmanlı ordusuna qatılmaq üzrə Sirenaykaya (Berka) getdi. Orada yaralandı, İngilislərə əsir düşərək Qahirəyə götürüldü. Osmanlıların, Suriyadakı Ərəb milliyətçilərinə basqı uyğulaması görə, İngilislərin də dəstəyiylə Osmanlılara baş qaldıran Məkkə əmiri Hüseyn bin Əliyə qatıldı. 1916-cı ildə Hüseyinin ordusunu təşkilatlandıraraq başına keçdi. Osmanlılara qarşı yürüdülən üsyanda, əqrabası və ömür boyu can yoldaşı olan Nuri Səid paşa da onun yanında yer aldı. 1916-18 Hicaz və Suriya səfərlərində Hüseynin oğlu Əmir Feysələ Ordu komandanı olaraq önəmli xidmət etdi. 1918-20-ci illər arasında isə Suriyada, Feysəl öndərliyinde qurulan Ərəb dövlətində Hələb valisi oldu və başqa önəmli vəzifələr aldı.
Fransızların əskəri müdaxiləsiylə bu dövlətin yıxılmasından sonra Feysəl, İngilislərin dəstəyiylə I Feysəl adıyla İraq kralı oldu. Buna görə İrağa geden Cəfər əl-Əskəri, Böyük Britaniya təmsilçisi Sir Percy Coxun denetimindeki ilk İraq hökumətində müdafiə nazirliyinə gətirildi. Vəzifəsi sırasında irəlidə "atası" olaraq anılacağı İraq ordusunu qurdu. avqust 1921-ci ildə isə yeni krallığın qurucuları arasında yer aldı.
1936-cı ildə Bakr Sidki öndərliyinde Bağdadda üsyan edən əsgərlər tərəfindən öldürülüncəyədək, bir çox dəfə nazirlik, baş nazirlik və səfirlik vəzifələrində çalışdı.
Mənbə
redaktə- İsyancı Arap Ordusunda Bir Harbiyeli: Cafer el-Askerî ISBN 9789758740703
İstinadlar
redaktə- ↑ 1 2 Ja'far al-'Askari // Encyclopædia Britannica (ing.).
- ↑ Tripp, Charles. A history of Iraq. Cambridge ; New York, NY : Cambridge University Press. 2002. ISBN 978-0-521-82148-3.
- ↑ Stephen Hemsley Longrigg. Iraq 1900 to 1950. Intl Book Centre. 1968-06. ISBN 978-0-86685-020-9.
- ↑ "Report by His Britannic Majesty's Government to the Council of the League of Nations on the Administration of Iraq 1930". HathiTrust (ingilis). 2020-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-08.
- ↑ Catalogue description Further Correspondence Parts XXXVIII & XXXIX. 1936. 2024-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-08.
- ↑ سرمد حاتم شكر. أعلام السياسة في العراق الحديث - مير بصري - ج 2. 2023-01-08.