Cumhuriyyet Bayrami Turkiye - Wikipedia
Türkiyədə Cümhuriyyət bayramı — 1925-ci ildən etibarən hər il 29 oktyabr tarixində Türkiyədə qeyd olunan dövlət bayramı
1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yəkun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cümhuriyyətin elanı ilə həll edildi. 6 əsr ərzində çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etmişdir. Cümhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatların banisidir. 1925-ci ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.