Bursa Ulu Mescidi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bursa Ulu məscidi — əvvəl təkkə olaraq tikilib, sonradan məscid kimi istifadə edilməyə başlamasına baxmayaraq çox sütunlu məscid sxeminin ən klassik və monumental nümunəsi sayılır. I Bəyazid tərəfindən 1396-1399-cu illər arasında tikilmişdir. Düzbucaqlı planlı məscid təxminən cəmi 5 min kvadrat metr ölçüdə olub, 20 qübbə ilə örtülüdür. Səkkizbucaqlı halqalara oturan günbəzlər mehrab divarına dik beş cərgə halında düzülmüşdür.
Bursa Ulu məscidi | |
---|---|
Bursa Ulu Camii بروسه اولو جامع | |
40°11′02″ şm. e. 29°03′43″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Bursa |
Yerləşir | Bursa |
Aidiyyatı | Böyük Səlcuq İmperiyası |
Memar | Ali Neccar |
Tikilmə tarixi | 1396—1399 |
Üslubu | Səlcuqlu memarlığı |
Vəziyyəti | stabil |
Rəsmi sayt | bursaulucamii.com |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ulu Məscid, bəzi din adamları tərəfindən İslamın 5-ci ən yüksək mərtəbəsində olan ibadətgah kimi qəbul etmişdilər. İslamda ən yüksək mərtəbəli məscid, Məkkədəki Məscid-i Haram, digərləri Mədinədəki Məscid-i Peyğəmbər, Qüdsdəki Məscid-i Axsa, Şamdakı Emeviye Məsciddir. Beşincilik bəzilərinə görə Anadoluda inşa edilən ilk məscid olan Diyarbəkirdəki Ulu Məscidə aiddir. Ancaq Əmir Sultan, Akşemsettin, Molla Gürani kimi din xadimlərinin bildirdiklərinə görə beşincilik Bursadakı Ulu Məscidindi.
Ulu məscid, Bursanın ən görkəmli məscid və ən mühüm tarixi tikililərindəndir. Övliya Çələbinin ifadəsi ilə Bursanın Ayasofayasıdır.
Düzgün kəsmə daşlarla inşa edilmiş qalın bədən divarlarının ağır təsirini yüngülləşdirmək üçün cəbhələrdə hər bir günbəz sırası səviyyəsinə gəlmək üçün kar iti kəmərlər keçirilmişdir. Hər tağın içində iki sıra halında iki pəncərə yer alır. Bunların lazım formaları lazım ölçüləri hər səmtində fərqlidir. Son camaat yeri olmayan binanın şimal hissəsində künclərdə sonradan tikilən iki minarə var. Minarələrin ikisi də bədən divarına oturmayıb yerdən tikilibdi. Qərb guşəsindəki minarə I Bəyazid tərəfindən tikdirilmişdir. 8 bucaqlı formalı tribuna tamamilə mərmərdən, gövdəsi kərpicdəndir. I Mehmetin tikdirdiyi deyilən şərq guşəsində kvadrat tribunalı minarə, məscidin əsas divarından da 1 mt qədər aralıdır.
Əbdüləziz oğlu Mehmet tərəfindən tikilən tac qapısı, bərk qoz ağacındandı, heç mismar istifadə edilmədən minbərində qurulan ağac emalı olan bir şah əsərdir. Minbər kainatı təmsil edir. Üzərinə günəş sistemi qabarıq bir forma ilə işlənmişdir. Planetlər günəşə məsafələri və ölçülərinin nisbətləri doğru olaraq yerləşdirilmişdir.
Şərəfələr hər iki minarədə də eyni olub kərpic mukarnaslarla bəzədilib. Kurşunla örtülü kornet 1889-cu ildə baş verən yanğın zamanı sökülmüş bugünkü düyünlü daş kornet tikilmişdir. Türk-İslam dünyasının ən qədim məscidlərindən biri Ulu məsciddir. Minbərin giriş qapısının üzərindəki kitabədə qızıl hərflərlə Osmalıca olaraq, "İldırım Bəyazid xan tərəfindən hicri 804-cü ildə (miladi 1399) tikdirilmişdir" ifadəsi yazılmışdır. Bursa şəhər mərkəzində, Atatürk rospektindədir.