Burkina Faso Hakimiyyet Cevrilisi 2014 - Wikipedia
Burkina-Faso hakimiyyət çevrilişi (fr. Révolution de 2014 au Burkina Faso) - Burkina-Fasonun VI prezidenti Blez Kompaorenin hakimiyyətdən salınması ilə nəticələnən hərbi çevriliş. Hadisələr 2014-cü ilin oktyabr ayından etibarən başlamış və Blez Kompaorenin hakimiyyət müddətini uzatmaq üçün konstitusiyaya mövcud dəyişiklilər edəcəyini elan etdikdən sonra daha da şiddətlənmişdir.
Burkina-Faso hakimiyyət çevrilişi | |||
---|---|---|---|
Tarix | 28 oktyabr[1], 2014 - 3 noyabr 2014. | ||
Yeri | Burkina-Faso | ||
Səbəbi | Prezident Blez Kompaorenin səlahiyyət müddətini uzatmaq istəməsi | ||
Nəticəsi | Blez Kompaorenin ordunun xeyrinə hakimiyyətdən çəkilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Arxa Plan
redaktəFransanın keçmiş müstəmləkəsi olan Burkina-Faso 1960-cı ildə Fransadan ayrılıb öz müstəqilliyini elan etdikdən sonra ilk prezidentini seçmişdir. Hakimiyyətə gələn Maures Yameogo ölkənin ilk prezidenti seçilir. Mauresin ardından hakimiyyətə qısa müddətli gələn prezidentlər ölkənin sosial-iqtisadi rifahının gücləndirilməsində ciddi iş görə bilmirlər. 1983-cü ilin 4 avqust tarixində Burkina-Fasonun V prezidenti kimi hakimiyyətə gələn Toma Sankara keçirdiyi islahatlarla əhalisinin 85% yaxının yoxsulluq şəraitində yaşayan ölkənin sosial rifahının yaxşılaşdırılmasına qisməndə olsa nail olur. Qeyr-adi davranışları və addımları ilə bütün dünyanın marağına səbəb olan V prezident 1987-ci ilin 15 oktyabr tarixində Blez Kompaoreyə tabe qüvvələr tərəfindən öldürülür. 37 yaşında paytaxt Uaqaduquda öldürülən Toma Sankaranın arından elə həmin gün Blez Kompaore özünü Burkina-Fasonun yeni VI prezidenti olduğunu elan edir.
1987-ci ildən etibarən hakimiyyətə gəlmiş Blez Kompaore 2005 və 2010-cu illərdə ölkədə keçirilən prezident seçkiləri zamanı mütləq səs çoxluğu ilə qalib gəlir[2]. Avropa ölkələri tərəfindən tanınmayan seçkilərin ardından Kompaore və ona bağlı qüvvələr ölkənin idarəsinə tam nəzarət edirlər. 2014-cü ilin oktyabr ayında prezident Blez Kompaorenin konstitusiyaya bəzi dəyişiklər edəcəyini elan etməsi ölkədə ciddi narazılıqlara səbəb olur. Etirazçılar konstitusiyaya ediləcək əlavə və dəyişiklilərin mövcud prezident Blez Kompaorenin daha bir müddətə prezident seçilməsi istəyi ilə əlaqədar olduğunu bildirirlər. 15 oktyabr tarixindən başlayan nümayişlər, 28 oktyabrda yerini silahlı toqquşmalara bıraxır və paytaxt Uaqaduqu başda olmaqla ölkənin bir çox böyük şəhərlərində hökumət qüvvələri ilə nümayişçilər arasında toqquşmalar baş verir.
2011-ci ildə ölkədə yoxsulluq və korrupsiyaya qarşı başladılan nümayişlər zamanı Blez Kompaore günahkarların cəzalandırılacağına və lazım olan islahatların keçiriləcəyinə söz vermişdir.[3] Arxada qalan 3 il ərzində verilən vədlərin yerinə yetirilməməsi və daha sonra 1987-ci ildən bəri hakimiyyətə olan Kompaorenin yenidən prezident seçilmək istəyi toqquşmaların baş verməsində həlledici təkan rolunu oynamışdır. 28 oktyabr tarixində paytaxt Uaqaduquda yerləşən parlament binası ətrafında tərəflər arasında yaşanan şiddətli döyüşlərdə 5 nəfər həlak olur. Ümumən ölkədə prezidentə qarşı keçirilən nümayişlər zamanı 30 nəfərə yaxın insan həlak olmuşdur. Baş verən çevrilişinin ardından Blez Kompaore Fil Dişi Sahilinə sığınır. 1 noyabr tarixində Burkina-Faso Silahlı Qüvvələri adından çıxış edən leytenant Yakoba İsak Zida hakimiyyətin ordunun nəzarəti altına keçdiyini və bu tarixdən etibarən keçmiş prezidentin səlahiyyətlərinə xitam verildiyini elan edir.[4]
Hərbçilər arasında hakimiyyət üzərinə olan anlaşılmazlıqlar hələ davam etməkdədir.
İstinadlar
redaktə- ↑ "Burkina Faso's revolution 2.0". 2014-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-02.
- ↑ "Burkina Faso parliament set ablaze". 2014-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-02.
- ↑ "Burkina Faso's Ouagadougou Airport Closed Amidst Protests; All Flights Canceled". 2014-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-02.
- ↑ "Burkina Faso opposition parties, African Union reject army takeover". 2014-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-02.