Bulaqbasi Kehrizi - Wikipedia
Bulaqbaşı_kəhrizi - Haqqında Məlumat
Bulaqbaşı kəhrizi — Sədərək rayonundakı eyniadlı kəndin şimalında kəhriz.
Ümumi məlumat
redaktəSədərək əhalisi qədimdən bu içməli su mənbəyindən istifadə etmişdir. Sərhəd bölgəsində olduğundan ermənilər kəhrizi yararsız hala salmışlar. Kəhriz 1992-ci ildə onların atdığı top mərmilərindən dağıdılmışdı. 1997-1998-ci ildən başlayaraq BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının xüsusi proqramının həyata keçirilməsi ilə əlaqədar Bulaqbaşı kəhrizi əsaslı surətdə təmir və bərpa olunmuşdur. Sədərəyin müxtəlif məhəllələrini içməli su ilə təmin etmək məqsədilə 5 kilometr uzunluğunda yeni su kəməri çəkilmiş, nasos stansiyası qurulmuş, 10 ədəd bulaq-abidə tikilib istifadəyə verilmişdir. [1]
İstinadlar
redaktə- ↑ Naxçıvan ensiklopediyası.Bakı.2002.594 səh.
Xarici keçidlər
redaktə- Naxçıvanın Təbii Sərvətləri Arxivləşdirilib 2017-10-31 at the Wayback Machine