Boyehmedli Agdam - Wikipedia
Boyəhmədli — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd.[2]
Boyəhmədli | |
---|---|
40°07′51″ şm. e. 46°51′46″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kənd 1993-ci il iyunun 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[3]
Tarixi
redaktəBoyəhmədli Azərbaycan Respublikasının Ağdam rayonunda kənddir; rayon mərkəzindən 17 km. şimalda, Qabartı çayının hər iki sahilində, Qarabağ dağ silsiləsinə aid olan Qaraman dağının şərq ətəyində və Qarabağ düzündədir. İqlimi isti, quru subtropikdir. Boyəhmədli, Qarabağın füsünkar dağətəyi kəndlərindən biridir, onun gözəlliyi bədii ədəbiyyatda da öz əksini tapıbdı. Naxçıvan MR Culfa rayonunda da Boyəhmədli adlı kənd var.
1930-cu ilə qədər Boyəhmədli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.
Mədəniyyəti
redaktəBoyəhmədli, Qızıllı Kəngərli və Salahlı Kıngərli kəndlərinin arasında ilk tunc dövrünə aid olan Boyəhmədli kurqanları(80-ə yaxın kurqan) var. Kəndin şimalında Papravənd – Boyəhmədli kurqanları, cənubunda isə ilkin orta əsrlərə aid Gavurqala yaşayış yeri və Daş qutusu nekroloqu mövcuddur. Kəndin özündə XIX əsrə aid olan məscid var. İşğala qədər Boyəhmədli kəndində uşaq bağçası, kitabaxana, tibb məntəqəsi, rabitə şöbəsi, müxtəlif ticarət-iaşə obyektləri, şərab zavodu və orta məktəb var idi. Boyəhmədli kənd orta məktəbi XX əsrdə Ağdam rayonu camaatının maariflənməsində böyük rol oynayıb. O vaxt heç də hər kənddə orta məkəb yox idi, ona görə də ətraf kəndlərin uşaqlar bəzən dörd-beş km. yol qət edərək gəlib Boyəhmədli məktəbində təhsil alırdılar. Boyəhmədli orta məktəbi tarixə “yeddi kəndin məktəbi” kimi düşüb.
Əhalisi
redaktəİşğaldan əvvəl Boyəhmədli kəndində 1613 nəfər əhali yaşayırdı. Əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılq və üzümçülük idi.
Tanınmış şəxsiyyətləri
redaktə- Göyüşov Ziyəddin Bahadur oğlu — tanınmış filosof, akademik,
- Göyüşov Rəşid Bahadur oğlu — tarix elmləri doktoru, professor.
Coğrafiyası və iqlimi
redaktəDağlar
redaktəBoyəhmədli Ağdam rayonunun Boyəhmədli kəndi yaxınlığında dağ. Hündürlüyü 386 m. Etnotoponimdir.[4]
İstinadlar
redaktə- ↑ http://census.stat-nkr.am/nkr/1-1.pdf.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
- ↑ Boyəhmədli (Ağdam) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 148. ISBN 978-9952-34-155-3.
İstifadə olunan ədəbiyyat
redaktə- Azərbaycan Sovet Ensiklopediyası – 1978-ci il, II cild,
- Azərbaycan Milli Ensiklopediyası – 2013-cü il, VI cild,
- Baxşeyiş Abbasoğlu, “Ağdam ağrıları”ı – 2003-cü il.
- Ramiz Abbaslı “Yedddi kəndin məktəbi”ı – 1996-cı il.
- Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001.