Bogurxan - Wikipedia
Boğurxan - Haqqında Məlumat
Boğurxan — Azərbaycan Respublikasında, Xocalı və Xocavənd rayonları sərhəddində, Qızıloba kəndindən 1 km. şimalda dağ. Hündürlüyü 1584 metrdir. Dağın şimal-şərq yamacları meşəlikdir. Xanaşençay bu ərazidən başlayır.[1]
Boğurxan | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1584 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
Boğurxan dağı Köndələnçayın yaxınlığındadır. Bağırxan, Bağırqan da adlanır. Oronim orada müqəddəs sayılan Boğurxan qayasının adı ilə bağlıdır. Qırmızı rəngli, vulkan mənşəli suxurdan ibarət olan bu qayanın başında qədim məbəd xarabalığı var. Bu pirə sonsuz qadınlar müraciət edirlər. Tədqiqatçılar belə güman edirlər ki, Boğurxan din xadimi olmuş və orada dəfn edildikdən sonra qəbri sitayiş yerinə çevrilmışdır.[2]
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası. IV cild. Bakı, 2013, səh. 221
- ↑ Boğurxan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.