Bitki Muhafizesi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bitki mühafizəsi — Bitki mühafizəsi bitkilərin və onların məhsullarının ziyanverici, xəstəlik və alaq otlarından qorunması məqsədilə elmi cəhətdən əsaslandırılmış kompleks tədbirlərin həyata keçirilməsidir.
Bitki mühafizəsi aşağıdakılarla təmin edilir:
bitkilərin ziyanverici, xəstəlik və alaq otlarının kütləvi çoxalmasının və yayılmasının qarşısının alınmasına, məhsul itkisinə yol verilməməsinə, ekoloji təmiz bitkiçilik məhsullarının əldə edilməsinə, ətraf mühitin, əhalinin sağlamlığının, xeyirli fauna və floranın pestisidlərin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi üzrə tədbirlər sisteminin həyata keçirilməsi, karantin və digər xüsusi təhlükəli ziyanverici obyektlərin təsdiq edilməsi və ləğvi üzrə məqsədli dövlət proqramlarının yerinə yetirilməsi;
bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və elmi tədqiqatların təşkil, bitki mühafizə vasitələrinin istehsal və onların istifadəsinə nəzarətin təmin edilməsi üzrə Azərbaycan Respublikasının vahid dövlət siyasətinin formalaşdırılması;
bitki mühafizəsi haqqında qanunvericiliyə dövlət orqanları, bələdiyyələr və ictimai təşkilatlar, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələr, icarələr, təşkilatlar, digər təsərrüfat subyektləri, torpaqdan istifadə edən vətəndaşlar, habelə vəzifəli şəxslər tərəfindən riayət edilməsi.
Aqrotexniki üsulla Bitki mühafizəsi zamanı kənd təsərrüfatı bitkilərinin böyümə və inkişafı üçün əlverişli şərait yaradılır, xəstəlik törədicilərinin və zərərvericilərinin inkişafının qarşısı alınır. Bu tədbirlərə düzgün növbəli əkin, alaq otlarının məhv edilməsi, bitki əkilən torpağın keyfiyyətlə becərilməsi, mineral və üzvi gübrələrin normada tətbiqi, bitki qalıqlarının məhv edilməsi, xəstəlik və zərərvericilərə qarşı davamlı sortlardan, sağlam əkin materialından və sair istifadə edilməsi aiddir.
Son vaxtlar zərərvericilərə qarşı mübarizədə kompleks üsullardan, o cümlədən faydalı entomofaqları qorumaqla, onların təbii ehtiyatını artırmaqla və biol. mübarizəyə geniş yer verilməklə, kimyəvi mübarizənin minimuma endirilməsi qarşıya məqsəd qoyulmuşdur.
Ədəbiyyat
redaktə- Məmmədova S. R.; Xəlilov B. B. Kənd təsərrüfatı entomologiyası 1986., Cəfərov İ. H. Kənd təsərrüfatı fitopatologiyası. B.2001.