Bismark Abs - Wikipedia
Bismark (Bismarck) — ABŞ-nin şimalında şəhər, Şimali Dakota ştatının inzibati mərkəzi.[1]
şəhər | |
Bismark | |
---|---|
ing. Bismarck | |
46°48′30″ şm. e. 100°47′01″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Tabesində | Şimalı Dakota |
Başçı | Mayk Seminari |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1872 |
Sahəsi | 80.89 km² |
Mərkəzin hündürlüyü | 514 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 61,272 nəfər (2012) |
Sıxlığı | 760 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 701 |
Poçt indeksi | 58501–58507 |
Digər | |
bismarcknd.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktəƏhalisi 56,7 min (2005; şəhərətrafı ilə təqribən 100 min) nəfərdir.[1]
Coğrafiyası
redaktəMissuri çayının orta axınında, sol sahilindədir. Avtomobil magistralları və dəmiryolları qovşağı. Çay portu. Bələdiyyə aeroportu.[1]
Tarixi
redaktəİnşa olunan Şimali Sakit okean dəmiryolunun mühafizəsi üçün hərbi düşərgə kimi 1872-ci ildə salınmışdır. Almaniyadan səmayələrin və gəlmələrin cəlb olunması məqsədilə şəhərə Otto fon Bismarkın adı verilmişdir. 1874-cü ildən qızıl hasilatı rayonunun (Bismark yaxınlığında Blek-Hils dağlarındakı yataq) mərkəzidir. 1875-ci ildən şəhərdir; 1883-cü ildən Dakota ərazisinin, 1889-cu ildən Şimali Dakota ştatının inzibati mərkəzidir.[1]
İqtisadiyyatı
redaktəKənd təsərrüfatı rayonunun maliyyə ticarət mərkəzidir. Bismark aqlomerasiyasında işləyənlərin təqribən 5%-i sənayedə çalışır. Kənd təsərrüfatı maşınları istehsal olunur, yeyinti sənayesi müəssisələri fəaliyyət göstərir. Bismarkın yaxınlığında daş kömür hasil edilir. Bismarkdan şimal şərqdə “Koul-Krik” (1080 MVt) və “Antilop-Valli” (900 MVt) İES-ləri, şimalda Missuri çayı üstündə “Harrison” (518 MVt) SES-i var. Bismarkdan cənubda Standinq-Rok hindi rezervaziyası yerləşir. Siu və şayenn tayfalarının Amerika hökumətinə qarşı mübarizəsinə rəhbərlik edən siuların tayfa başçısı Sittinq-Bull 1890-cı ildə burada öldürülmüşdür.[1]
Qalereya
redaktə-
Peyk görünüşü, may 2007-ci il
-
Şəhər mərkəzi
-
Mandan kəndi
-
1901-ci ildə Mission Revival stilindən istifadə edərək tikilmiş tarixi Şimali Sakit Okean Dəmir Yolu. İyul ayının 2017-ci il tarixindən bina boşdur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 145. ISBN 978-9952-441-03-1.