Birra Korca - Wikipedia
Birra Korça — adını 1928-ci ildə Albaniyanın Korça şəhərində qurulan pivə zavodu və markasıdır. 2004-ci ildən bəri IHB Group-un tərkibində istehsala davam edir. Albaniyadakı üçüncü ən böyük pivə istehsalçısıdır.
Birra Korça | |
---|---|
İstehsalçı | IHB Group |
Yaradıldığı il | 1928 |
birrakorca.com.al |
Tarixi
redaktəBirra Korça Albaniyada çıxarılan ilk pivədir. Zavod 1928-ci ildə Korça şəhərində açılmışdır. Qurucuları İtalyan Umberto Umberti və yerli sahibkar Səlim Mboriyadır. Şirkət ilk olaraq 950,000 frank sərmayə ilə qurulmuşdur. Qurulduğu illərdə ildə 20000 hektolitr istehsal gücü olan zavod, sarı və qara pivə ilə şüşələnmiş su və buz istehsal edirdi.[1]
İkinci Dünya Müharibəsindən sonra 1946-cı ilin Yanvar ayının 11-də Albaniyada kommunist rejimin qurulması ilə zavod dövrün qanunları ilə dövlət idarəsinə keçdi. 1955, 1957 və 1965-ci illərdə edilən yeniləmə işləri ilə istehsal gücü yüksəldildi. Albaniyadakı siyasi şərtlərin dəyişməsi, iqtisadi durğunluq, ictimai narahatlıqlar nəticəsində bazarın liberallaşması nəticəsində zavod 1994-ci ilin Aprel ayında auksion ilə bir qrup biznesmenə satıldı.
2004-ci ildə zavod, biznesmen İrfan Həsənbelliyu tərəfindən satın alınmışdır. Həsənbelliyu 15 milyon avro sərmayə ilə zavodu texnoloji və arxitektura olaraq yeniləmişdir. Ənənəvi dizayn yeni ünsürlər əlavə olunmaq surətiylə qorunmuşdur. Davamında Çex və İtalyan istehsal texnologiyaları zavodun istehsal gücü təxminən on dəfə artırılaraq ildə 120000 hektolitrə çatmışdır[2]. İstehsalda istifadə edilən su Morava Dağlarındakı yaylalardan təmin edilir[3]. Birra Korça hər ilin Avqust ayında ölkənin ən böyük regionunda pivə festivalına ev sahibliyi edir.[4]
Marka
redaktəBirra Korça markası altında, Sarı və Pilsner Pivə (4.8% — 5% spirt nisbəti) ilə Qara (Dark) Pivə (5% — 5.2% spirt nisbəti) olmaqla üç növ pivə mövcuddur. Məhsullar 0.33 və 0.5 litrlik butulkalarda satışa təqdim edilir.
Mükafatları
redaktəBirra Korça bir çox keyfiyyət mükafatına layiq görülmüşdür. İlk mükafatını 1928-ci ildə Yunanıstanın Saloniki şəhərində almışdır[5]. 2007-ci ildə Londonda Qızıl kateqoriyasında Beynəlxalq Keyfiyyət Mükafatına layiq görülmüş[6], 2009-ci ildə Frankfurtda Almaz kateqoriyasında 178 ölkədən şirkətlərlə qiymətləndirilmiş və Beynəlxalq Avropanın Ən Yaxşı Şirkəti Mükafatını qazanmışdır. Birra Korça, 2011-ci ildən etibarən ABŞ bazarına da satış həcmini artırmışdır.[7]
Həmçinin Bax
redaktəXarici Keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Birra Korçanın Rəsmi Veb Saytı". 3 Mart 2017 tarixindəmənbəyindən arxivləndi.
- ↑ ""Birra Korça Pivə Zavodu Səyahət Bələdçisi" Arxivləşdirilib 2013-01-27 at Archive.today.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2011-08-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-12.
- ↑ "Korçadaki pivə festivalı - Albaniyadakı ən böyük küçə bayramı olan Pivə Festivalı, Albaniya Turizm Mükafatı ilə şərəfləndi". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-12.
- ↑ "Birra Korça Haqqında Məqalə" Arxivləşdirilib 2009-05-17 at the Wayback Machine (Alban dilində).
- ↑ "proBiznes Jurnalından Bir Məqalə" Arxivləşdirilib 2012-03-05 at the Wayback Machine.
- ↑ Birra Korça ABŞ-da| RESO Arxivləşdirilib 2016-04-17 at the Wayback Machine. 23 Aprel, 2011