Birlesmis Ermenistan - Wikipedia
Birləşmiş_Ermənistan - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Böyük Ermənistan və ya Birləşmiş Ermənistan, ermənilərin tarixən və etnik olaraq Ermənistan ərazisi kimi qəbul etdikləri və Ermənistana birləşdirməyə yönəlmiş irredentist siyasi iddiadır. Ayrıca bugünkü Türkiyənin şərq hissəsini təşkil edən ərazilərin çoxunda erməni soyqırımının olduğu iddia edilir. Bundan əlavə, iddia Azərbaycan, Gürcüstan və İran ərazilərini əhatə edir.
Cari istifadəsi
redaktəBu gün "Böyük Ermənistan" termini Ermənistan İnqilabi Federasiyası tərəfindən aşağıdakı regionları əhatə edəcək şəkildə istifadə olunur:
- Ermənistan
- Şərqi Anadolu regionu (bir hissəsi)
- Qara dəniz regionu
- Qarabağ
- Naxçıvan
- Samtsxe-Cavaxeti (Axıska).
Tarix
redaktəBöyük Ermənistanın iki növü var. Bunlar;
- Tarixi Böyük Ermənistan: Bu Ermənistanın sərhədləri Ermənistan Krallığının sərhədlərinin ən geniş hədlərinə çatdığı. Böyük Tiqran dövründən gəlir. Bu Ermənistanın sərhədləri Xəzər dənizindən Aralıq dənizinə qədər uzanır. Osmanlı dövründə 1919-cu il Paris Sülh Konfransına Ermənistan Demokratik Respublikası nümayəndə heyətinin təqdim etdiyi "Vahid Ermənistan" xəritəsi əsasən "Tarixi Böyük Ermənistan"dan bəhs edir
-
“Birləşmiş Ermənistan”, Paris Sülh Konfransı (1919)
-
Ermənistan Krallığının ən geniş sərhədləri, Böyük Tiqran dövrü (E.ə 95 – E.ə 55)
- Etnik Böyük Ermənistan: Osmanlı və Rusiya imperiyalarında yaşayan ermənilərə söykənən bir Ermənistandır. Ancaq qitə dövlətinin üzləşəcəyi iqtisadi və beynəlxalq problemlər nəticəsində ermənilərin çoxluqda və ya əhəmiyyətli bir etnik azlıq olmadığı Trabzon regionu da bu Ermənistana əlavə olunur və Etnik Ermənistan genişləndirilir. Bu genişlənmə "Vilson Ermənistanı"nda da mövcuddur. Müasir mənada Böyük Ermənistan bu genişlənmiş Etnik Böyük Ermənistandan meydana gəlir.
-
Dənizə çıxışı olmayan əsil Etnik Böyük Ermənistan, Altı region və Rusiya Ermənistanı
-
Sevr müqaviləsinə əsasən ErmənistanOsmanlı Ermənistanı (Qərbi Ermənistan)
-
Müasir Böyük Ermənistan anlayışı