Birinci Kuril Bogazi - Wikipedia
Birinci Kuril boğazı (rus. Первый Курилский (Пролив)), (yap. 占守海峡) — Sakit okeandakı Şumşu adasını Kamçatka yarımadasından ayıran, Oxot dənizini Sakit okean ilə birləşdirən boğaz. Uzunluğu 32 km, ən dar eni isə 15 km təşkil edir. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Vostoçnı və Lopatka rifləri, cənub hissəsində Pantareva, Kurbatova, Yukiç burunları vardır. Cənub hissəsində sualtı və suüstü qayalıqlar vardır. Boğaza Koşunu, Ozernaya, Polotinka çayları axır. Sahil xəttində dərinlik 1,0 təşkil edir. 1875–1945-ci illər ərzində boğaz əvvəl Rusiya-Yaponiya sonradan isə SSRİ-Yaponiya sərhəddini təşkil edirdi. Kuril adaları arasında şimaldan cənub istiqamətində birinci olduğu üçün bu cür adlandırılmışdır. Şumşu adası sahilində Kurbatova qəsəbəsi, Kamçatka yarımadası sahilində Semyonovka kəndi yerləşir. Boğaz Saxalin vilayəti və Kamçatka diyarı ərazisinə daxildir.
Birinci Kuril boğazı | |
---|---|
rus. Первый Курилский (Пролив),(yap. 占守海峡) | |
Ümumi məlumatlar | |
Eni | minimum 32 km |
Uzunluğu | 157 km |
Yerləşməsi | |
50°51′06″ şm. e. 156°34′08″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Şumşu adasını Kamçatka yarımadasından |
|
|
Vikianbarda əlaqəli mediafayllar |