Birinci Sahseven - Wikipedia
Birinci_Şahsevən - Haqqında Məlumat
Birinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun Birinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd.[1]
Birinci Şahsevən | |
---|---|
39°38′14″ şm. e. 47°45′10″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 58 m |
Saat qurşağı | |
Digər | |
dasburun.biz | |
Tarixi
redaktəAraz çayından 3 km. aralı, Mil düzündədir. Daşburun stansiyası buradadır.
Birinci komponent eyni-adlı yaşayış məntəqələrini fərqləndirir. İkinci komponent isə etnotoponim olub, Şahsevən tayfalar birliyinin adını əks etdirir[2].
Mədəniyyəti
redaktə2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır[3].
İqtisadiyyat
redaktəBirinci Şahsevən kəndində şəkər sexi və yeni “Aqrolizinq” təşkilatı vardır.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.141 (az.)
- ↑ "Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 29 avqust 2014, 19:00. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.
Xarici keçidlər
redaktə Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |