Bir Palatali Parlament - Wikipedia
Bir palatalı parlament və ya unikameralizm — vahid bir qanunverici hakimiyyət və ya parlamentin mövcud olduğu idarəetmə formasıdır. Bir palatalı parlamentlərin mövcud olduğu dövlətlərin çoxu kiçik və homogen dövlətlər hesab olunur. Azərbaycan Respublikası, həmçinin Türkiyə də bir parlamentli dövlətlərə nümunə göstərilə bilər.
Dünyanın suveren dövlətlərinin təqribən yarısı bir palatalı parlament sisteminə malikdir və bunlara həm ən populyar (Çin Xalq Respublikası), həm də cırtdan (Vatikan) dövlətlər daxildir.
Ölkələrin bir çox inzibati vahidində bir palatalı qanunvericilik mövcuddur. Bunlara, məsələn, ABŞ-dakı Nebraska, Guam və Virgin adaları, bütün Rusiya bölgələri, Hong Kong, Kanadanın bütün əyalətləri və əraziləri, bütün Alman torpaqları, bütün İtaliya bölgələri və bütün İspan muxtar icmaları daxildir.
Birləşmiş Krallıqda Şotlandiya Parlamenti, Uels Milli Assambleyası və Şimali İrlandiya Məclisi bir palatalıdır.