Bire - Wikipedia
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar.
Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır.
Birələr - qansoran həşəratlar qrupuna daxildir. Birələr insanları rahatsız edən ən təhlükəli həşəratlardan hesab olunurlar. Birələr- çox kiçik, qanadsız və 2.5 mm uzunluğunda olurlar. Rəngləri parlaq və qırmızımtıl boz rəngdə olur.Rəngləri parlaq və qırmızımtıl boz rəngdə olur. Birələr əsasən ev heyvanları (it, pişik) üzərində olur.Həmçinin digər tüklü heyvanların (tülkü, dələ, siçan və s) üzərlərində də rast gəlinir. Birələr qanla qidalandıqları üçün əsas hədəfləri insanlar və ev heyvanlarıdır. Birələr əsasən insanların ayaq hissələrindən qan sorurur və nəticədə kəskin qaşınma və allergik fəsadlar verir. Yoluxucu xəstəliklərin daşıyıcısı və yoluxdurucularıdırlar. Birələr əsasən yaz-yay aylarında daha çox rast gəlinir[1].
İstinadlar
redaktə- ↑ "BIRƏLƏRƏ QARŞI MÜBARIZƏ" (az.). http://alfa-ss.az/birelere-qarsi-mubarize-service-. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4mart 2021.