Bineqedi Iv Dovr Flora Ve Fauna Qebiristanligi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Binəqədi IV dövr flora və fauna qəbiristanlığı — Azərbaycanın qədim fauna və flora qəbiristanlığı
Binəqədi IV dövr flora və fauna qəbiristanlığının tarixi təxminən 200 min il bundan əvvələ aiddir. Həmin dövrdə indiki Binəqədi qəsəbəsinin böyük bir hissəsi qırlı göldən ibarət olmuşdur. İçməli su kimi görünsə də həmin göl qədim, habelə nəsli kəsilmiş heyvanlar üçün ölüm yuvası olmuşdur.Çünki, qıra yapışmış heyvanlar asan yem kimi digərlərini də gölə cəlb edirmiş. Nəticədə həmin ərazidə qurbanların sayı daim artmışdır. Daha sonralar isə qırlı göl elmə məlum olmayan dövrdə qabarmalara məruz qalaraq torpağa çevrilmişdir.
Müasir dövrdə ərazinin əksər hissəsində tikinti işlərinin aparılması səbəbindən, yalnız 1938-ci ildə onun kiçik bir sahəsi aşkarlanmış və elm üçün zəngin sərvət kimi qiymətləndirilmişdir.
Mənbə
redaktə- “Natural History” Azərbaycanın təbiətindən yazır. elmipress.com Arxivləşdirilib 2011-10-07 at the Wayback Machine (az.)