Beynelxalq Cinayet Mehkemesinin Roma Statutu - Wikipedia
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi (ing. Rome Statute of the International Criminal Court) — 15 iyun 1998 – 17 iyul 1998-ci il tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur[2]. Beynəlxalq müqavilələrə tez-tez status deyilir və bu sənəd gündəlik istifadədə Roma Əsasnaməsi adlanır. Sazişin qəbuluna 160 səs verilmişdi; 120 lehinə, 21 bitərəf, 7 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edilmişdir[3].
Roma Statutu | |
---|---|
Hazırlanma tarixi | 17 iyul 1998 |
İmzalanma tarixi | 17 iyul 1998 |
İmzalanma yeri | |
Qüvvəyə minməsi | 1 iyul 2002 |
Dilləri | fransız dili, ingilis dili, ispan dili, rus dili[1], ərəb dili, standart çincə |
2016-cı ilin mart ayından etibarən 139 dövlət müqaviləni imzalamış, lakin 124 dövlət bu müqaviləni təsdiqləmişdir.[2]
Rusiya əsasnaməni 13 sentyabr 2000-ci ildə imzalamışdı[4], lakin 2016-cı ilə qədər təsdiqləməmişdir[4][2]. 16 noyabr 2016-cı ildə prezident Vladimir Putin, Rusiyanın Roma Statutunda iştirakdan imtina edən sərəncam imzalamışdır.[5] Dmitri Peskov, BCM-nin yurisdiksiyasından çıxmağın "dəqiq milli maraqlar" tərəfindən əmr olunduğunu və "Krımın işğalı" barədə məhkəmə prokurorluğunun bir gün əvvəl yayımladığı hesabatla "heç bir şəkildə əlaqəli olmadığını" söyləmişdir[6].
Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Roma Statutuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsi, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi və müdaxilə etmək istəmədiyi vəziyyətlərdə yalnız dörd əsas beynəlxalq cinayətin tədqiqatını apara bilər; məhkəmənin yurisdiksiyası yerli məhkəmələrin səlahiyyətləri ilə ziddyyət təşkil etmir. Məhkəmə yalnız cinayətlərin hər hansı iştirakçı dövlətin ərazisində və ya iştirakçı dövlətin vətəndaşı tərəfindən törədildiyi təqdirdə səlahiyyətlərə malikdir; İstisna olaraq, BCM-nin yurisdiksiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən icazə verildiyi təqdirdə, bəzi beynəlxalq cinayətlərə də aid ola bilir.
İstinadlar
redaktə- ↑ https://www.un.org/ru/law/icc/rome_statute(r).pdf.
- ↑ 1 2 3 "United Nations Treaty Database entry regarding the Rome Statute of the International Criminal Court". United Nations Treaty Database (ingilis). ООН. 2013-12-09. 2012-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-10.
- ↑ Scharf, Michael P. "Results of the Rome Conference for an International Criminal Court". ASIL Insights (ingilis). The American Society of International Law. 1998-08. 2012-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-25.
- ↑ 1 2 "«Римский статут Международного уголовного суда» (Вместе с «Пособием для ратификации и имплементации…») (Принят в г. Риме 17.07.1998 Дипломатической конференцией полномочных представителей под эгидой ООН по учреждению Международного уголовного суда)" (rus). 2009-05-15. 2013-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-24.
- ↑ "Распоряжение Президента Российской Федерации от 16.11.2016 № 361-рп "О намерении Российской Федерации не стать участником Римского статута Международного уголовного суда"". 2018-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.
- ↑ Москва отказывается от международно-юридического наследия 90-х годов Arxivləşdirilib 2016-11-17 at the Wayback Machine // Взгляд, 16.11.2016.
Əlavə ədəbiyyat siyahısı
redaktə- Roy S Lee (ed.), The International Criminal Court: The Making of the Rome Statute. The Hague: Kluwer Law International (1999). ISBN 90-411-1212-X.
- Roy S Lee & Hakan Friman (eds.), The International Criminal Court: Elements of Crimes and Rules of Procedure and Evidence. Ardsley, NY: Transnational Publishers (2001). ISBN 1-57105-209-7.
- William A. Schabas, Flavia Lattanzi (eds.), Essays on the Rome Statute of the International Criminal Court Volume I. Fagnano Alto: il Sirente (1999). ISBN 88-87847-00-2
- Claus Kress, Flavia Lattanzi (eds.), The Rome Statute and Domestic Legal Orders Volume I. Fagnano Alto: il Sirente (2000). ISBN 88-87847-01-0
- Antonio Cassese, Paola Gaeta & John R.W.D. Jones (eds.), The Rome Statute of the International Criminal Court: A Commentary. Oxford: Oxford University Press (2002). ISBN 978-0-19-829862-5.
- William A. Schabas, Flavia Lattanzi (eds.), Essays on the Rome Statute of the International Criminal Court Volume II. Fagnano Alto: il Sirente (2004). ISBN 88-87847-02-9
- William A Schabas, An Introduction to the International Criminal Court (2nd ed.). Cambridge: Cambridge University Press (2004). ISBN 0-521-01149-3.
- Claus Kress, Flavia Lattanzi (eds.), The Rome Statute and Domestic Legal Orders Volume II. Fagnano Alto: il Sirente (2005). ISBN 978-88-87847-03-1
Xarici keçidlər
redaktə- "Rome Statute Of The International Criminal Court". Сайт ООН (ingilis). ООН. 1998-07-12. 2012-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-25.
- "Римский статут Международного уголовного суда" (PDF). Сайт ООН (rus). ООН. 2002-01-16. 2012-04-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-05-25.
- "United Nations Conference on the Establishment of an International Criminal Court". Сайт ООН (ingilis). ООН. 2000-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-25.
- Сайт Международного уголовного суда
- Римский статут Международного уголовного суда
- Original text of the Rome Statute
- Text of the Rome Statute as amended in 2010 and 2015 – Human Rights & International Criminal Law Online Forum
- Draft Statute of an International Criminal Court, 1994
- United Nations Conference of Plenipotentiaries on the Establishment of an International Criminal Court at the Wayback Machine (archived 28 dekabr 2011)
- International Criminal Court website
- A list of the State Parties to the Rome Statute at the Wayback Machine (archived 16 iyun 2011)
- Parliamentary network mobilized in support of the universality of the Rome Statute