Bayramli Sirvan - Wikipedia
Bayramlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibində faktik mövcud olan ərazi vahidi Bayramlı qəsəbəsi adlandırılmış və şəhərin ərazi vahidləri siyahısına daxil edilmişdir. Bayramlı qəsəbəsi Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Bayramlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.[1]
Bayramlı | |
---|---|
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Digər | |
shirvan-ih.gov.az/az |
Şirvan şəhərinin Bayramlı qəsəbəsi şəhərin əsas hissəsindən fərqli olaraq Kür çayının sağ sahilində yerləşir. Ərazisi 120 ha, əhalisi 2552 nəfərdir. Qəsəbədə əhali əsasən fərdi təsərrüfatla məşğuldur. Qəsəbədə 477 fərdi təsərrüfat, 4 ədəd iki mərtəbəli, 1 ədəd bir mərtəbəli, 2 uyğunlaşdırılmış yaşayış binası vardır ki, bunlarda da 86 ailə məskunlaşmışdır. Bayramlı qəsəbə İcra Nümayəndəliyi M.Ə.Sabir küçəsi 1 ünvanında yerləşir[2].
Tarixi
redaktəKür çayının daşması nəticəsində baş vermiş təbii fəlakət zamanı[3] 2010-cu ilin mayında Azərbaycanın Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisində Kürün səviyyəsi durmadan artmışdır. Bayramlı qəsəbəsi əhalisinin bir qismi suyun əhatəsində qalmışdır. Əhalinin evakuasiyası üçün yalnız bir yol - Kürün üzərində olan dəmir yolu körpüsü qalmışdır.[4] Bayramlı qəsəbəsində 510 ev su altında qalmışdır. Həmin ərazidən 510 ailə, təxminən 3000 nəfər sakin evakuasiya olunub.[5]
Din
redaktəQəsəbədə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.[6]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- ↑ "Qəsəbələr". AZƏRBAYCAN RESPUBLİKASI ŞİRVAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
- ↑ BAYRAMLI QƏSƏBƏSİ ƏRAZİSİNDƏKİ BƏNDİ BƏRPA ETMƏK MÜMKÜN OLUB mediaforum.az saytı[ölü keçid]
- ↑ "Azərbaycanın Şirvan şəhərinin Bayramlı qəsəbəsi əhalisinin bir qismi Kürün əhatəsində qalıb. apa.az saytı". 2010-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-05.
- ↑ Kür Sabirabadın mərkəzini basdı; Şirvanın Bayramlı qəsəbəsində isə 3000 nəfər sakin evakuasiya olundu[ölü keçid]
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. scwra.gov.az (az.)
Həmçinin bax
redaktə
Şirvan şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |