Banya Basi Mescidi - Wikipedia
Banya Başı məscidi (bolq. Баня баши джамия, türk. Banya Başı Camii) — Bolqarıstanın Sofiya şəhərində yerləşən məscid.
Banya Başı məscidi | |
---|---|
42°41′58″ şm. e. 23°19′21″ ş. u.HGYO | |
Ölkə | |
Memar | Memar Sinan |
Tikilmə tarixi | 1566 |
Üslubu | Osmanlı memarlığı |
Material | kərpic |
Vikianbarda əlaqəli mediafayllar |
Xeyriyyəçi Molla Əfəndi Kadı Seyfullahın təşəbbüsü və maddi yardımı ilə tikilib. Belə ki, müxtəlif mənbələrdə məscid “Molla Əfəndi” məscidi adı ilə və ya “Kadı Seyfullah” kimi də göstərilir. Qapının üstündəki tağda yerləşən daşın üzərində mətn köhnə boya ilə yazılıb, onu oxumaq mümkün deyil. Mətnin altında 974-cü il tarixi göstərilir ki, bu da məscidin hicri təqvimo ilə (islam təqvimi) 974-cü ildə və ya 1566-1567-ci illərdə tikildiyini göstərir.[1]
Tarixi
redaktəTikintisi 1567-ci ildə tamamlanan Banya Başı Avropanın ən qədim məscidlərindən biridir. Məscid öz adını hərfi mənada “hamamdan əvvəl” mənasını verən Banya Başi ifadəsindən alıb. Məscidin ən görkəmli xüsusiyyəti onun əslində təbii termal spa üzərində inşa edilməsidir. Hətta hazırda məscidin divarları yaxınlığındakı bazadakı havalandırma dəliklərindən yuxarı qalxan buxarlar görsənir.[2] Məscid böyük günbəzi və minarəsi ilə məşhurdur.
Hal-hazırda Banya Başi məscidi Sofiyada, təxminən beş əsr davam edən Bolqarıstanın Osmanlı hakimiyyətinin qalığı olan yeganə fəaliyyət göstərən məsciddir və şəhərin müsəlman icması tərəfindən istifadə olunur. Banya Başi həm də Sofiyada fəaliyyət göstərən yeganə məsciddir.
Memarlıq xüsusiyyətləri
redaktəMəscidin əsas binası dördbucaqlıdır. Dörd künc günbəz arasında mərkəzi günbəz və minarə ucalır. Ön tərəfdə üç kiçik qübbəli artırma var. Qübbələr Qadı Seyfulla Əfəndinin mərhum həyat yoldaşının xatirəsinə tikilib.
Banya Başı məscidi XVI əsrdə Osmanlı memarlıq düşüncəsinin xüsusiyyətlərini əks etdirən maraqlı memarlıq əsəridir. Məscid Osmanlı memarı Memar Sinan tərəfindən tikilib.[1] Məscidin divarları daş və kərpicdən hörülmüş, daş sıralarının arasına qırmızı kərpic cərgələri qoyulub. Dörd küncdə, Razqraddakı Məkbul İbrahim Paşa məscidində olduğu kimi, kiçik qüllələr var ki, onların altında dayaq sütunları halqalarla aşağı düşür. On altı şüalı halqaların künclərində ikiqat dayaqlar quraşdırılıb. Namaz zalının divarları tağlar kimi yonma daşdan hörülüb. Sütunlar bərk daşdan hazırlanıb və tutqun rəngə malikdir. Ön qapının üstündəki tağ da daşdandır. Mərkəzi günbəz qalay lövhələrlə örtülüb. Məscidin minarəsi nəfis memarlıq əsəridir. Övliya Çələbinin sözlərinə görə, bu minarənin gözəlliyinin Sofiyada tayı-bərabəri yoxdur.
Banya Başı məscidinin günbəzinin diametri 15 metrdir.[3]
Məscidin interyeri çoxsaylı yenidənqurma işləri nəticəsində indiki formasını alıb. Sonuncu əsaslı yenidənqurma XX əsrin 20-ci illərində Türkiyənin Sofiyadakı səfiri Fəthi bəyin maliyyə dəstəyi ilə həyata keçirilib. Qismən təmir, rəngləmə, suvaq işləri İkinci Dünya müharibəsindən sonra aparılıb. Son onilliklərdə türk və ərəb vəqflərinin köməyi ilə təmir işləri aparılır. Onların dəstəyi ilə döşəmə altı istilik sistemi quraşdırılıb.
Hazırkı vəziyyətdə məscid cümə namazı vaxtı 700-ə yaxın insan qəbul edə bilir. Qurban bayramında isə məscidə 1200-ə qədər müsəlman yerləşir. Keçmişdə məscidin yanında Molla Əfəndi Qadı Seyfullanın və Emin Dədənin qəbirləri olub.
Qalmaqal
redaktə2011-ci ilin mayında “Ataka” millətçi partiyasının nümayəndələri məbədin sütunlarından gələn səs-küyün azaldılmasını tələb edərək Banya Başi məscidinin qarşısında namaz qılan müsəlmanlara hücum etmişdilər. Strasburqdakı İnsan Haqları Məhkəməsi Bolqarıstanı dindarlara hücuma və dini etiqad azadlığının pozulmasına görə qınamışdı.[4]
Qalereya
redaktə-
Banya Başı məscidi XIX əsrin sonlarında
-
Banya Başı məscidi
-
Banya Başı məscidinin minarəsi
-
Banya Başı məscidi yay aylarında
-
Banya Başı məscidinin Mariya-Luiza bulvarından görünüşü
-
Banya Başı məscidi
-
Banya Başi məscidinin yuxardan görünüşü
İstinadlar
redaktə- ↑ 1 2 Енциклопедия София. Книгоиздателска къща Труд. 2017. 99–100. ISBN 978-954-8104-36-4.
- ↑ Историята на джамията „Баня Баши“.
- ↑ Bulgaria: The Bradt Travel Guide, Annie Kay, page 89, 2008
- ↑ "Осъдиха България заради атаката на „Атака" срещу Баня башъ". clubz.bg. 24 февруари 2015. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 октомври 2021.