Baltik Slavyan Dilleri - Wikipedia
Baltik-slavyan dilləri Hind-Avropa dil ailəsinin bir qoludur. Buraya ənənəvi olaraq Baltik və Slavyan dilləri daxildir. Baltik və slavyan dilləri digər Hind-Avropa dil ailələrində rast gəlinməyən bir çox dil xüsusiyyətlərini bölüşür ki, bu da onların ümumi bir inkişaf dövrünü göstərir.
Baltik-slavyan dilləri | |
---|---|
Takson | Hind-Avropa dil ailəsi |
Vətəni | Şərqi, Cənub şərqi, Şimali və Mərkəzi Avropa |
Areal | Baltik dənizi ölkələri və slavyan ölkələri |
Təsnifat | |
Kateqoriya | Avrasiya dilləri |
Tərkib | |
Baltik dilləri və Slavyan dilləri | |
Dil qrupunun kodları | |
ISO 639-2 | — |
ISO 639-5 | — |
Baltik və slavyan dillərini bu gün vahid bir qol kimi təsnif etmək üçün dilçilər arasında ümumi konsensus olsa da, onların əlaqələrinin təbiəti ilə bağlı bəzi təfərrüatlar bəzi dairələrdə çox vaxt siyasi səbəblərə görə mübahisəli olmuşdur.
Bəzi dilçilər (Kortlandt, Derksen) Baltik-slavyan dillərinin üç qrupa bölünməsini təklif etmişdirlər: Şərqi Baltik, Qərbi Baltik (artıq mövcud deyildirlər) və slavyan.
Baltik-slavyan dillərinin ümumi xüsusiyyətləri
redaktəBaltik və slavyan dillərinin əlaqə dərəcəsi digər Hind-Avropa dilləri ilə paylaşılmayan ümumi xüsusiyyətlər məcmusu və bu xüsusiyyətlərin nisbi xronologiyası ilə göstərilə bilər. Baltik və slavyan dillərində bəzi ümumi mənşəli sözlər bölüşülür. Bu sözlərə digər Hind-Avropa dillərində rast gəlinmir. Var olsa belə sözlərin proto-hind-avropa dilindən miras qaldığı və digər Hind-Avropa dilləri ilə müqayisədə mənalarında oxşar dəyişikliklərin baş verdiyi müşahidə edilir. Bu ümumi xüsusiyyətlər göstərir ki, Baltik və Slavyan dilləri mənşə etibarilə proto-Baltik-slavyan dilindən yaranmışdır.