Balikesir - Wikipedia
Balıkəsir (türk. Balıkesir) — Türkiyənin Balıkəsir ilinin inzibati mərkəzi. Mərmərə regionunun Cənub Mərmərə bölgəsində və Egey regionundaki bəzi ərazilərdə olan vilayətin həm Mərmərə, həm də Egey dənizinə sahili var. Türkiyə daxilində isə iki dəniz ilə qonşu olan yalnız 6 il vardır. Şəhər şimal-qərbi Anadoluda yerləşir. Şərqdə Bursa və Kütahya, cənubda Manisa və İzmir, qərbdə Çanaqqala illəri ilə həmsərhəddir. Yunanıstanın Ayvalık ilçəsi ilə Lesbos adasına qonşudur.
Balıkəsir | |
---|---|
Balıkesir | |
39°39′04″ şm. e. 27°53′03″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Hündürlük | 70 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 10000 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
2019-cu ilin statistik məlumatlarına görə, əhalisi 1,228,620 nəfərdir.[1] Vilayətin sahəsi 14.583 m²-dir. Vilayətdə km² başına 82 nəfər düşür. Ən yüksək sıxlığı olan 254 nəfər ilə Karesi ilçəsidir. Dənizdən şəhərin hündürlüyü 145 metrdir. 2016-cı ildə TÜRKSTAT məlumatlarına görə bu bələdiyyələrdə 20 rayon, 1 bələdiyyə və 1129 məhəllə var.
Tarixdə ümumiyyətlə Misya və Karesi kimi tanınan Balıkəsir bölgəsi, Roma, Bizans, Anadolu Səlcuq, Karəsi bəyliyi və Osmanlı İmperiyasının hakimiyyəti altında qalmışdır. Kənd təsərrüfatı və heyvandarlıq əsas dolanışıq mənbəyidir və inək yağı, qovun, zeytun, zeytun yağı, lütf pendiri kimi kənd təsərrüfatı məhsulları, eləcə də daxili turizmdə daha çox yer tutan sahil qəsəbələri ilə məşhurdurlar.
9-cu Əsas Jet Baza Komandanlığı və Türkiyə Silahlı Qüvvələri Hava Qüvvələri komandanlığının ilk reaktiv bazası olan 6-cı Əsas Jet Baza Komandanlığı da Balıkəsirdə yerləşir.
İstinadlar
redaktə- ↑ "Balıkesir nüfus". YerelNET. 2 mart 2020. Archived from the original on 2020-03-02. İstifadə tarixi: 16 aprel 2020.