Bakirkoy - Wikipedia
Bakırköy (türk. Bakırköy) — İstanbul ilinin ilçəsi. Avropa hissəsində yerləşir. İstanbulun Qərb yarısında, Mərmərə dənizinin şimal-şərq sahillərində, Paşaeli yarımadasında yerləşir. 1926-cı ildə əsası qoyulmuş Bakırköy rayonu, 1992-ci ildə indiki sərhədlərinə çatmışdır.[1] İlçə qərbdən Kiçikçəkməcə, şimaldan Bağçalıevlərlə, şimal-şərqdən Güngörən, şərqdən isə Zeytunburnu ilçələri ilə həmsərhəddir.
Bakırköy | |
---|---|
40°58′59″ şm. e. 28°51′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Digər | |
bakirkoy.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Adının tarixçəsi
redaktəİstanbulun ən qədim və ənənəli məkanlarından biri olan Bakırköy, tarixinin Roma İmperiyasına qədər getdiyi bu ilçənin adı o illərdə "Hebdomon" olaraq bilinirdi. Bəzi mənbələrə görə, Bizanslılar bu rayonu "Makro Hori" (uzun kənd) adlandırdılar. Osmanlı İmperiyası dövründə də istifadə edilən "Makro Hori" adı respublika elan olunduqdan sonra, 1925-ci ildə Bakırköy adını almışdır.[2]
Yerləşməsi
redaktə1989-cu ilə qədər 275 km² sahəsi ilə İstanbulun ən geniş sahəli ilçələrindən olan, Kiçikçəkməcə, Bağçalıevlər, Güngörən və Zeytunburnu ilçələri ilə həmsərhəd olan bu ilçənin ərazisi 1992-ci ildə hal-hazırkı formasına çatmışdır.[3]
Məşhur sakinləri
redaktə- German (Afasanadis, Yannakis) (1930–2018) — Feodoropol mitropoliti.
- Ellidifor (Lambriniadis) (1967-ci ildə anadan olmuş) — Prussiya mitropoliti.
- Münir Özqul (1925–2018) — türk film və serial aktyoru.
- Nəcip Uysal (1991-ci ildə anadan olmuş) — Beşiktaş PFK-da oynayan türk futbolçu.
- Furkan Qorxmaz (1997-ci ildə anadan olmuş) — ABŞ-də hücumçu mövqeyində oynayan türk basketbolçu.
Məhəllələr
redaktəRayonda ümumilikdə 15 məhəllə vardır.
İstinadlar
redaktə- ↑ "Bakırköy", Dünden Bugüne İstanbul Ansiklopedisi, Tarih Vakfı, 1994. ISBN 975-7306-00-2.
- ↑ "Bakırköy". Ana Britannica Ensiklopediyası. 4. Nəşr. İstanbul: Hürriyət Çap Evi. 1993. səhifə 168–169.
- ↑ Bambaşka Bakırköy Gazetesi, Sayı: 5, fevral 2009, səhifə 16