Badamli Sahbuz - Wikipedia
Badamlı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[2]
Badamlı | |
---|---|
39°27′00″ şm. e. 45°31′46″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Şahbuz rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.439 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1226[1] nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 7120 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə29 mart 2005-ci ildə Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.[3]
Mədəniyyəti
redaktəKənd əhalisi əsasən heyvandarlıqla məşğul olur.Kənddəki meyvə ağaclarının əsasını badam ağacları təşkil edir.
Coğrafiyası və iqlimi
redaktəBadamlı mineral suyu da məhz bu kəndin ərazisində çıxır. Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1.400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan MR Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 mln. litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. «Badamlı-5» iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur. Bu su kurort şəraitindən kənarda həzmetmə orqanları xəstəliklərinin müalicəsində əvəzedilməzdir.
Əhalisi
redaktəƏhalisi 1226 nəfərdir.[1]
İqtisadiyyatı
redaktəKəndin ərazisində Badamlı mineral su mənbəyi yerləşir. Bu mineral suyun mənbəyi dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. «Badamlı» bulaqları XIX əsrin sonlarında yer qatının çatlaması nəticəsində üzə çıxmışdır. Qiymətli süfrə suyu kimi sənaye miqyasında istehsal edilir. Badamlıda beş mənbədən su çıxır və bunların gündəlik məhsuldarlığı 2,5 milyon litrdir. İkinci dünya müharibəsindən az sonra, 1947-ci ildən Şahbuz rayonunda "Badamlı" zavodu fəaliyyət göstərirdi. 1970-80-ci illərdə həmin müəssisə müasirləşdirildikdən sonra burada qablaşdırılan suyun 90%-i respublikamızdan kənara göndərilirdi. Sovet iqtisadi sisteminin süquta uğraması bir müddət "Badamlı"ya təsirsiz ötmədi. Lakin 2004-cü ildə özəlləşdirilən müəssisə tədricən əvvəlki şöhrətini özünə qaytarmağa müvəffəq olmuşdur. "Gəmiqaya Mineral sular" MMC şirkəti tərəfindən özəlləşdirilən müəssisə bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən fəaliyyətə başlamışdır. Badamlı mineral suyu qaraciyər və öd kisəsi xəstəliklərinə qarşı müalicəsində xeyirlidir. Həmin suların tərkibi Rusiyadakı Kislovodsk şəhərindəki “Narzan” mineral suyu ilə eyni tərkiblidir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- ↑ "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ nömrəli Qərarı". e-qanun.az (azərb.). e-qanun.az. 29 mart 2005. 24 iyun 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2016.