Babulmendeb Bogazi - Wikipedia
Babülməndəb_boğazı - Haqqında Məlumat
Babül-Məndəb və ya Bab əl-Məndəb (ərəb. باب المندب Babül-məndəb — kədər, göz yaşı darvazası) — Ərəbistan yarımadasının cənub-qərbinin qurtaracağı ilə Afrika arasında boğaz.
Babül-Məndəb boğazı | |
---|---|
ərəb. باب المندب Babül-Məndəb — kədər, göz yaşı darvazası | |
| |
Ümumi məlumatlar | |
Eni | minimum 26,5 km |
Ən böyük dərinliyi | 310 m |
Yerləşməsi | |
12°36′47″ şm. e. 43°20′55″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
Ayırır | Afrikanı Asiyadan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qırmızı dənizi Ədən körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Uzunluğu 109 km, Ən ensiz yeri 26 km, farvaterdə ən dayaz yeri 31 metrdir. Perim adası boğazı iki keçidə (Böyük və Kiçik) bölür. Boğazın böyük iqtisadi və strateji əhəmiyyəti var. Avropadan Şərqi və Cənubi Asiyaya, Avstraliyaya yol Babül-Məndəb boğazından keçir.