Basqirdistan Respublikasinin Milli Muzeyi - Wikipedia
Başqırdıstan Respublikasının Milli muzeyi (başq. Башҡортостан Республикаһының Милли музейы) — Başqısdıstan Respublikasının mədəniyyət və incəsənət üzrə dövlət büdcə təsisatı olan milli muzeyi.
Başqırdıstan Respublikasının Milli muzeyi | |
---|---|
başq. Башҡортостан Республикаһының Милли музейы | |
| |
Əsası qoyulub | 1864 |
Ölkə | |
Yerləşir | Başqırdıstan, Ufa şəhəri, Sovetskaya küç. 14 |
Direktor | Qali Valiullin |
Telefon | (347) 272-12-50; 273-50-27 (ekskursiya şöbəsi) |
İş rejimi | saat 11-18 arası (bazar ertəsi istirahət günüdür.) |
54°43′13″ şm. e. 55°56′48″ ş. u.HGYO | |
museumrb.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMuzey 23 aprel 1864-cü ildə Orenburq quberniyasının Quberniya Statistika komitəsi yanında, qubernator Q.S. Aksakovun fəal iştirakı ilə komitənin bir neçə üzvünün təşəbbüsü əsasında (K.A. Bux, N.A. Qurviç, A.A. Pekker, V.İ. Vlasov) yaradılıb.
Muzey keçmiş Rəncbər-Torpaq bankının binasında yerləşir. Bankın binası 1905-ci ildə memar Drukkerin işlədiyi layihə əsasında inşa edilib. RSFSR Xalq Komissarları Sovetinin qərarı ilə 25 noyabr 1917-ci ildən Rusiya Rəncbər Tоrpaq bankı ləğv edildiyinə görə, onun quberniya şöbələri də bağlanmışdır. Binada müxtəlif partiya və dövlət təsisatları yerləşdirilir: Ufa quberniya inqilab komitəsi, Başqırd Mərkəzi İcraiyyə Komitəsi, BASSR Xalq Komissarları Soveti, Ümumittifaq Kommunist Partiyası vilayət komitəsi və s.
1942-1945-ci illərdə binaya memar Y. Topuzun layihəsi əsasında əlavə tikili inşa edildi. Əlavə əsas binanın üslubunu bütünlüklə təkrarlasa da, fərqləri də var idi. 1980-ci illərin ortalarında və sonunda binada BASSR Ali Soveti Rəyasət Heyəti və Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Başqırd Vilayət Komitəsi yerləşdirildi. 1989-cu ilin dekabrından binada Başqırdıstan Respublikasının Milli muzeyi yerləşir.
Keçmiş Rəncbər Tоrpaq bankının binası (Ufa quberniya şöbəsi; 1943-1945-ci illərə aid əlavə tikili ilə birlikdə) və 1906-1908-ci illərə aid həyətdaxili təsərrüfat tikilisi tarixi memarlıq abidəsi hesab olunur.
2001-2003-cü illərdə binada əsaslı təmir və bərpa işləri aparılmışdır.
Başqırdıstan Respublikasının Milli muzeyi Ufa şəhərində yerləşən başlıca muzeylərdən biridir. Başqırdıstan Respublikasının Milli muzeyinin tərkibində onun filialları qismində 10 dövlət muzeyi fəaliyyət göstərir. Onların 6-sı şəhərlərdə, 3-ü isə kəndlərdə yerləşir.
35 salonunda arxeologiya (daş və tunc dövrləri), tarix (XV-XXI əsrlər), etnoqrafiya (başqırd, udmurt, mordva, mari, ukraynalı, çuvaş və digər xalqlara dair) sərgiləri açılıb. Başqırdıstanın təbiətinə həsr edilmiş salonlar müxtəlif bioloji mühitləri göstərir: "Suda-quruda yaşayanlar, sürünənlər və balıqlar", "Başqırdıstanın mağaraları", "Daş dövrü"; digər kiçik ekspozisiya isə bölgənin canlı rəmzlərindən biri Burzən arısına həsr olunub.
Muzeyin fondları əsas fondun 140 min saxlanma vahidini və elmi-yardımçı fondun 51 min saxlanma vahidini əhatə edir. Muzeyin əmlakı arasında numizmatika kolleksiyası zaman keçdikcə daha da genişləndirilmişdir. Hazırda 16 mindən artıq nümunəyə rast gəlmək mümkündür.