Basqirdistan Respublikasi Medeniyyet Nazirliyi - Wikipedia
Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyi — Respublikanın ərazisində mədəni irs obyektlərinin (mədəniyyət, incəsənət, kinematoqrafiya) qorunması, istifadəsi, təbliğ edilməsi və dövlət nəzarəti sahəsində dövlət mədəniyyət siyasəti və idarəetməsini həyata keçirən Başqırdıstan Respublikasının icra orqanıdır.
Başqırdıstan Respublikası Mədəniyyət Nazirliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Rusiya Federasiyası, Başqırdıstan Respublikası |
Yurisdiksiya | Başqurdıstan |
Yaradılma tarixi | 1953 |
Tabelik | Başqırdıstan Respublikası Prezidenti |
Ünvan | 18 Devrim küçəsi, Ufa, Başqırdıstan Respublikası |
Rəhbərlik | |
Rəhbər | Şəfikova Amina İvnievna |
|
|
Rəsmi saytı | minkult-rb.ru |
Faəliyyəti
redaktəMədəniyyət Nazirliyi dövlətin mədəniyyət siyasətini həyata keçirir. Başqırdıstan Respublikasının hökumətinə mədəniyyət sahəsində qanunvericilik aktları və digər normativ hüquqi aktların hazırlanması üçün təkliflər hazırlayır və təqdim edir və həmçinin Respublikanın fəaliyyət sahəsindəki federal proqramlara iştirakı haqqında təkliflər verir. Teatr, musiqi, xoreoqrafiya və vizual incəsənət, kitabxana və muzey biznesinin, kinematoqrafiyanın, xalq sənətinin inkişafını təmin edir və tənzimləyir.
2012-ci ildə Başqırdıstan Respublikasının büdcəsindən mədəniyyətə yönəldilmiş vəsaitin miqdarı 2.135,7 milyon rubl / (2011-ci ildə 1,853 milyon rubl) təşkil edir. Peşəkar incəsənət Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyinin əsas və mühüm işlərindən biridir. 2013-cü ildə peşə sənətinin inkişafı və mədəniyyət və incəsənət müəssisələrinə kadrların hazırlanması üçün 100 milyon rubl ayrılmışdır.
Mədəniyyət Nazirləri
redaktəİstinadlar
redaktə- ↑ https://web.archive.org/web/20140514162345/http://www.minkult-rb.ru/about/ministry-leadership/16/ (#bare_url_missing_title). May 14, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 14, 2014.