Bmt Sulhmeramli Quvveleri - Wikipedia
1948-ci ildə qurulmuş, Birləşmiş Millətlər Təşkilatının dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrin qabağını almaq və ya qısa-müddətli həll yolu gətirmək üçün tərkibində olan hərbi-silahlı qüvvələrdir. Şablon olaraq insanların beynində birləşmiş millətlər və tabeliyində olan qüvvələrin heç bir işə yaramadığı və sülh üçün effektiv mübarizə aparmadığı fikri olsa da, hazırda BMT sülhməramlı qüvvələri Kosovo, Əfqanıstan, Haiti, Kipr, Livan, Suriya, Cənubi Sudan, Şimali Sudan, Mali və s. kimi dünyanın onlarca qaynar münaqişə nöqtəsində olan vəziyyəti tənzimləməklə məşğuldurlar. Misal üçün, əgər BMT Suriyanın qolan təpələrinə nəzarət etməsə idi, indi o ərazilər uğrunda Suriya ilə İsrail arasında münaqişə daha da gərginləşərdi və İsrail beynəlxalq hüquq normalarına məhəl qoymayıb qolan təpələrini öz ərazisinə ilhaq etdiyi üçün onu beynəlxalq aləmə öz ərazisi kimi tanıtmağa nail ola bilərdi.
BMT Sülhməramlı Qüvvələri | |
---|---|
Yaranma tarixi | 1956 |
peacekeeping.un.org/ar | |
Vikianbarda əlaqəli mediafayllar |
Sülhməramlıların cinayətləri
redaktəBMT sülhməramlıların Kamboca və Mozambikə daxil olduqlarından sonra, fahişəliyin sürətli artımı müşahidə olunub. 1996-cı ildə BMT Silahlı münaqişənin uşaqlara təsiri (ing. The Impact of Armed Conflict on Children) adlı hesabatında Mozambikin keçmiş birinci xanımın sitatı qeyd olunur:
Hazırki hesabat üçün hazırlanmış uşaqların silahlı münaqişə vəziyyətində cinsi istismarı ilə bağlı ölkə üzrə araşdırmaların 12-dən 6-da, sülhməramlı qoşunların gəlişi uşaq fahişəliyin sürətli artımı ilə əlaqələndirilib.
Orijinal mətn (ing.)In 6 out of 12 country studies on sexual exploitation of children in situations of armed conflict prepared for the present report, the arrival of peacekeeping troops has been associated with a rapid rise in child prostitution.
— Qrasa Maşel [1]
İstinadlar
redaktə- ↑ "The Impact of Armed Conflict on Children" (PDF). 16 March 2003 tarixində arxivləşdirilib (PDF).