Bmt Nin Insan Huquqlari Uzre Ali Komissarligi - Wikipedia
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (İHAK) — Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə ilə təmin edilən insan hüquqlarına riayət edilməsinə və qorunmasına nəzarət edən qurumu. Mişel Baçelet 1 sentyabr 2018-ci il tarixindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarıdır.[2]
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı | |
---|---|
Office of the High Commissioner for Human Rights | |
Ümumi məlumatlar | |
Yaradılma tarixi | 20 dekabr 1993[1] |
Rəsmi saytı | ohchr.org |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBu komissarlıq 1993-cü ildə BMT Baş Məclisi tərəfindən yaradılmışdır.[3]
28 iyul 2008-ci ildə Baş Assambleya BMT-nin Baş katibi Pan Gi Munun Navanethem Pillayın (Cənubi Afrika) BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarlığına təyin edilməsi təklifini səsvermədən təsdiqləmişdir. Onun dörd illik səlahiyyət müddəti 1 sentaybr 2008-ci ildə başlamışdır. Müddət bitdikdən sonra onun mandatı 1 sentyabr 2012-ci ildən başlayaraq daha iki il müddətinə uzadılmışdır.
1 iyul 2004-cü ildən 2008-ci il iyunun 30-dək Luiz Arbor (Kanada) Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı olmuşdur. Onun sələfi Serjiu Vieyra di Mello (Braziliya) 19 avqust 2003-cü ildə BMT-nin İraqdakı missiyasının rəhbəri vəzifəsini yerinə yetirərkən Bağdad şəhərində yerləşən BMT ofisində törədilən partlayış nəticəsində həlak olmuşdur.
İstinadlar
redaktə- ↑ UN Office of the High Commissioner for Human Rights.
- ↑ "OHCHR | High Commissioner". 13 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2018.
- ↑ "Brief history". 8 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2018.