Berke Xan - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bərkə xan (1209, Burxan Xaldun dağı – 1267[1], Tiflis[2]) – Qızıl Orda xanı, Cuçi xanın oğlu.
Bərkə xan Cuçi xan oğlu Borucigin | |
---|---|
Бэрх хаан | |
Qızıl Ordanın IV xanı | |
1257 – 1266 | |
Əvvəlki | Ulaqçi |
Sonrakı | Məngü Timur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1209 |
Doğum yeri | Burxan Xaldun, Monqolustan |
Vəfat tarixi | |
Vəfat yeri | Kür çayı sahili |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | xan |
Atası | Cuçi xan |
Anası | Borakçin xatun |
Ailəsi | Çingizlilər |
Dini | İslam |
İlkin həyatı
redaktəBərkə xan Cuçi xanın övladlarından biri idi. I Monqol qurultayında, 1236-cı ildə Batı xanın qərbə səfərində iştirak etmişdi. Buxarada olan vaxt, Xarəzmli Şeyx Seyfəddin Dərvişdən İslamı öyrənərək müsəlman olmuşdu. 1248-ci ildə II Monqol qurultayının hazırlanmasına kömək etmişdi.
Hakimiyyəti
redaktəUlaqçi xanın taxtdan əl çəkməsindən sonra yerinə əmisi Bərkə xan keçdi (1257). 1259-cu ildə Boroldayın Polşa və Litvaya yürüşünü əmr edərək bir çox şəhəri ələ keçirmişdi.
Hülakü ilə müharibə
redaktəHülaku xanın xəlifə Müstəsim Billahı edam etməsi Bərkəni qəzəbləndirmişdi. 1262-ci ildə onunla müharibəyə başladı. Baybarsla müttəfiq olan Bərkə xan Noqay xanın başçılığı ilə Hülakunu Terek çayı sahilində məğlub etdi. Bu sırada Çingiz xanın digər oğulları bir-biriylə anlaşmazlığa düşmüş, Böyük xaqanlıq taxtı üçün öz aralarında savaşmağa başlamışdılar. Bərkə xan bu durumu yaxşı dəyərləndirdi. Böyük xaqanlıq savaşında öncə Arıq Buğaın tərəfini tutdu və onun adına pul kəsdirdi. 1264-cü ildə Xubilay onu və Hülakunu Arıq Buğa məsələsi haqda müzakirə üçün çağırmışdı. Lakin heç biri qurultaya getmədi.
Sonrakı həyatı
redaktəBərkə xan, Bizansla da məşğul olmağa başladı. 1265-ci ildə qardaşıoğlu Noqay xanın başçılığında 20 min nəfərlik bir ordunu Dunayın şimalına göndərdi. Bizans ordusuna qalib gəldi və tamamiylə dağıtdı. Bu səfəri ilə İstanbulda əsir olan II Keykavusu da götürərək Krıma apardı.
Ölümü
redaktəBərkə xan 1266-cı ildə Kür çayı sahilində xəstələnərək vəfat etdi. Yerinə Məngü Timur keçdi.
İstinadlar
redaktə- ↑ https://www.britannica.com/biography/Berke.
- ↑ Deutsche Nationalbibliothek Record #1027304044 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.