Behice Qadinefendi - Wikipedia
Bəhicə Qadınəfəndi (soyad qanunundan sonra Bəhicə Maan) (10 oktyabr 1882, Adapazarı – 22 oktyabr 1969, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on ikinci xanımı. Sultan Əbdülhəmidin ən israfçı xanımı idi. Bu səbəblə onun yığılan borcları ən israfçı həyat tərzi Sultan Əbdülhəmidə qarşı ən güclü silahlardan biri olmuşdur. 5 il içində saray məsrəflərini 3 dəfə artırmışdı.
Bəhicə Qadınəfəndi | |
---|---|
بيهيس المرأة | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Yəhya Əfəndi məzarlığı |
Atası | Elbrus Maan |
Anası | Nazlı Kucba |
Həyat yoldaşı | II Əbdülhəmid |
Uşaqları |
Əhməd Nurəddin Əfəndi Mehmed Bədrəddin Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBəhicə xanım 10 oktyabr 1882-ci ildə əslən gürcü olan bir ailədə dünyaya gəlmişdir. Əsl adı Behiyə idi və ailədəki 6 övladın ən böyüyü idi. Sultan Əbdülhəmidin xanımlarından Sazkar xanımın uzaq qohumu idi və onun vasitəsilə saraya alınmışdı. 17 yaşlı Behiyə, Sultan Əbdülhəmidin oğlu Şahzadə Mehmed Burhanəddin Əfəndinin evlənməsi üçün gəlin axtarışında seçilsə də, gənc qızın gözəlliyi padşahı cəzb etmiş, nəhayət cütlük 10 may 1900 tarixində Ulduz sarayında evlənmişdi.
Övladlarının dünyaya gəlişindən sonra Bəhicə xanım israfçılığa yol açan həyat tərzi yaşamağa başladı. 1902-ci ildə atasına illik 300 min təqaüd ayrılmış, bundan başqa Ulduz sarayı yaxınlığında bir köşk hədiyyə edilmişdi. Bacısı Taşvirə xanımın toyu da məhz Ulduz sarayında baş tutdu. Anasının sultan sarayında 20 nəfərlik xüsusi xidmətçi heyəti vardı. Tez-tez xarici ölkələrdən paltarlar sifariş edilirdi.
Nəhayət, artan saray xərcləri Sultan Əbdülhəmidin qulağına qədər çatmış, məsrəflər səbəbilə erməni tacirlərdən borc alınmağa başlanmışdı. Əkiz övladlarından birinin vəfatından sonra məsrəflər bir az azalsa da, daha sonra yenidən artdı. Sahildə 3 köşk birdən satın alan Bəhicə xanım artıq padşahın sevimlisi deyildi. Sultan Əbdülhəmidin yeni xanımı Naciyə xanım olmuşdu. 1909-cu ildə ərinin sürgünə getməsindən sonra Bəhicə xanım və oğlu ailəsinin İstanbuldakı köşündə yaşamağa başladılar.
1924-cü ildə oğlu ilə birlikdə Napoliyə getdilər. 1969-cu ilədək vətənə qayıda bilməyən Bəhicə xanım vətənə dönsə də, 7 ay sonra 22 oktyabr 1969-cu ildə vəfat etdi. Cənazəsi Yəhya Əfəndi məzarlığındadır.
Övladları
redaktə- Şahzadə Əhməd Nurəddin Əfəndi
- Şahzadə Mehmed Bədrəddin Əfəndi (d. 22 iyun 1901 — ö. 13 oktyabr 1903) — 2 yaşındaykən meningitdən vəfat etmişdir. Məzarı Yəhya Əfəndi məzarlığındadır.