Behai Dini Ve Tehsil - Wikipedia
Bəhai dinində təhsilə xüsusi önəm verilir. Bəhai müqəddəs yazılarında Allahın təkliyi və insanlığın birliyi ilə yanaşı ümumi və icbari təhsildən də danışılır.
Bəhaullah, Bəhai dininin peyğəmbəri yazır:
- "İnsana qiymətli daşlarla zəngin bir mədən kimi bax. Ancaq təlim-tərbiyə nəticəsində ondakı cəvahirat üzə çıxar və bəşəriyyət ondan fayda götürər."
- Bəhaullah, Kitabi-Əqdəsdən sonra nazil olmuş lövhləri: Lövhi-Məqsud, səh. 132. [1]
Bəhai təlimləri incəsənət, iqtisadiyyat, elm və peşələrin öyrənilməsindən əlavə mənəvi və ruhani təlimə də diqqət yetirilməsinə diqqəti çəkir. Təhsilə edilən bu vurğu ictimai və milli səviyyədə inkişafa vasitə kimi qəbul edilir. Bütün bəhailərin insanlığın yararına olan işlə məşğul olmalıdırlar və Bəhai təlimi də onların buna hazırlamalıdır.
Məqsəd
redaktəÜmumi icbari təhsilin bir məqsədi Bəhai qısa namazında vurğulanır. Allahın insanları yaratma səbəbi odur ki, bizim hər birimizin onu tanıyaq və sevə bilək. Məqsədlərdən biri isə məhz budur, insan üçün bunu əlçatan etmək. Lakin bu vacibdir ki, dini təhsil insanları ayrılığa və münaqişəyə aparmasın. Bəhaullah yazır:
- "Məktəblər uşaqlara ilk olaraq din tərbiyəsi verməlidirlər ki, Allahın Kitablarında yazılmış Mükafat və Cəza vədləri qadağan olunmuş şeylərdən onları uzaq saxlasın, hökm olunanların libası ilə bəzəsin. Lakin bu elə bir ölçüdə olmalıdır ki, uşaqlarda ifrat təəsübkeşlik və cahilanə tərəfkeşlik yaratmaqla onlara zərər verməsin."
- Bəhaullah, Kitabi-Əqdəsdən sonra nazil olmuş lövhləri: Kəliməti-Firdövsiyyə, səh. 59. [2]
Bu prinsip bəhailər tərəfindən "uşaqlar üçün dərslər"də və sosial-ictimai proyektlərdə ümumi şəkildə tətbiq edilir. Təhsilə edilən bu vurğunun ictimai və milli səviyyədə inkişafa vasitə olması fikri Əbdül-Bəha Abbasa, Bəhaullahın oğlu və xələfinə məxsusdur. O yazır:
- "Təməl və ən təcili tələb təhsilin təşviqidir. Bu ilkin və əsas qayğı həll edilmədən hər hansı bir millətin rifah və müvəffəqiyyətə yetişəcəyini təsəvvür etmək çətindir. İnsanların tənəzzül və düşüşünün əsas səbəbi cəhalətdir.Bu gün insan kütlələri ən adi şeylərdən xəbərsizdirlər, o ki qaldı, zamanın vacib problemləri və ümumi ehtiyaclarını qavrasınlar ."
- Əbdül-Bəha Abbas, İlahi Mədəniyyətin Sirri, səh. 109. [3]
Təhsilin növü
redaktəBəhai yazılarında haqqında danışılan təhsilin növləri ancaq bir təhsil növü və ya metodu ilə məhdudlaşmır.
Mənəvi və ruhani təlim
redaktəBəhai təlimləri incəsənət, iqtisadiyyat, elm və peşələrin öyrənilməsindən əlavə mənəvi və ruhani təlimə də diqqət yetirilməsinə diqqəti çəkir.
- "Əxlaq və gözəl davranış öyrətmək sadəcə kitab öyrənməkdən çox-çox vacibdir. Təmizkar, xoşgörülü, gözəl xasiyyətli və ədəbli uşaq, hətta o savadsız olsa da, kobud, pinti, pis davranışlı uşaqdan daha üstündür, hətta o elm və incəsəntdə yaxşı biliyə malik olsa belə. Ona görə ki, özünü yaxşı aparan uşaq savadsız olsa da, başqalarına fayda verir, pis xasiyyətli və pis davranışlı uşaq isə korlanmışdır və başqalarına ziyan vurur, hərçənd savadlıdır. Lakin əgər uşaq elə tərbiyə olunsa ki, həm savadlı olsun, həm də tərbiyəli, onda bunun nəticəsi nur üstünə nurdur."
- Əbdül-Bəha Abbas, Yazılarından Seçmələr, N 110. [4]
Uşaqlar və onlara müvafiq təhsil verilməsi Bəhai Yazılarında xüsusi vurğulanan tələbdir. Uşaq sinifləri bir çox Bəhai icmasında ümumi məkana çevrilir və Ümumdünya Ədalət Evinin 2001-ci ildə ildə elan etdiyi 4 əsas fəaliyyətlərdən biri sayılır, hansı ki, bəhailərin bunlara diqqət verməsi tövsiyə olunur.
Ticarət və ya peşə
redaktəBütün bəhailərin insanlığın yararına olan işlə məşğul olmalıdırlar və Bəhai təlimi də onların buna hazırlamalıdır. Lakin tək hədəf bu deyil (yuxarıdakı aşağıdakı kateqoriyalardan göründüyü kimi), eyni zamanda bəhailər "sözlə başlayıb sözlə qurtaran" təhsilə də qarşıdırlar.
- "Bu günün alimləri insanları elmin o sahələrini öyrənməyə yönəltməlidirlər ki, həm onların özlərinə fayda versin, həm də bəşər bütövlükdə onlardan faydalansın. Sözlə başlayıb sözlə qurtaran mücərrəd araşdırmaların heç vaxt dəyəri olmamış və olmayacaqdır. İranın din alimləri bütün həyatlarını fəlsəfənin öyrənilməsinə həsr edirlər ki, onun da səmərəsi sözdən başqa bir şey deyil."
- Bəhaullah, Kitabi-Əqdəsdən sonra nazil olmuş lövhləri: Lövhi-Məqsud, səh. 138. [5]
Savad
redaktəBəhaullahın nazil etdiyi İşraqat lövhünün "yeddinci işraq"ında aşağıdakı şərt qoyulur:
- "Hər bir qız və oğlan övladının oxumağı, yazmağı ... öyrənməsini təmin etmək hər bir ataya fərzdir. "
- Bəhaullah, Kitabi-Əqdəsdən sonra nazil olmuş lövhləri: İşraqat, səh. 106. [6]
Dünyada savadsızlığın qəbul edildiyi mədəniyyətlərin olmasında baxmayaraq, bəhailər düşünürlər ki, "daim inkişaf edən sivilizasiyanın" bir əlaməti olaraq artıq hər kəs savad əldə etməlidir. Məsələn, Bəhai dinində ruhanilər sinifi mövcud deyil, çünki onların əvvəl olmasını zəruri edən savadsızlıq aradan qalxır, artıq hər kəs özü müstəqil oxuya və yaza bilir, müqəddəs mətnlər hər kəs üçün əlçatandır.
Dillər
redaktəBəhailər inanırlar ki, dünya dövlətləri bir gün beynəlxalq köməkçi dil müəyyən edəcəklər və bu dil qlobal rabitəni təmin edəcək. Bundan sonra isə bu dil ana dili ilə yanaşı dünyanın bütün məktəblərində uşaqlara öyrədiləcək.
- "Bütün millətlərə dərin anlayış və bilik sahibləri olan adamlarını təyin etmək vəzifəsi həvalə edilmişdir ki, onlar bir məclis çağırsınlar və birgə məşvərət edərək mövcud dillər arasından birini seçsinlər yaxud yeni bir dil yaratsınlar ki, o da dünyanın bütün məktəblərində uşaqlara öyrədilsin."
- Bəhaullah, Kitabi-Əqdəsdən sonra nazil olmuş lövhləri: Lövhi-Məqsud, səh. 135. [7]
Belə bir dilin seçilməsindən sonra Bəhaullah çox sayda dil öyrənməyi boşuna vaxt itkisi adlandırsa da, bir çox mötəbər Bəhai mətnləri indiki dövrdə bir neçə dil bilməyi təqdirəlayiq sayır.
Digər sahələr
redaktəPedaqoji məsələlər
redaktəTəhsil nəzəriyyəsində nə öyrətməyə edilən vurğu qədər, necə öyrətmək də vurğulanır. Ənənəvi təhsil metodları ilə yanaşı başqa metodlar da dünya təcrübəsində mövcuddur: alternativ məktəblər, anskulinq (unschooling), ev tədrisi, Montessori təlimi, Waldorf təlimi və s. Bəhai təhsil anlayışı hər hansı belə imkanları rədd etmir.
Məsuliyyət
redaktəBəhai Yazılarında ata uşaqlarının tərbiyəsinə məsul şəxs kimi təsvir olunur və əgər bu məsuliyyətin boyun qaçırarsa buna məcbur edilə, hətta atalıq hüququndan məhrum edilə bilər. Analar insanlığın "ilk tərbiyəçisi" kimi qəbul edilir və onların da atalarla bərabər məsuliyyəti var. Bunlardan əlavə məsuliyyət həmçinin Bəhai təsisatlarının təmsil etdiyi icmanın üzərinə qoyulur:
- "Ruhani Məhfilin üzərinə qoyulmuş müqəddəs öhdəliklər arasında təhsilin təşviqi, hər oğlan və qız üçün məktəblərin təsisi və zəruri akademik avadanlıq və qurğuların yaradılması var."
- Şövqi Əfəndinin İran Milli Ruhani Məhfilinə ünvanlanmış 8 iyun 1925-ci il tarixli məktubu[8]
Valideynlərin və ya icmaların bütün bəhai uşaqların təhsilinə imkan yarada bilmədiyi hallarda, Bəhai qanununa görə ilk növbədə qızların təhsilinə oğlanlara nisbətdə üstünlük veriləcəkdir.
Təhsil mühiti faktorları
redaktəƏbdül-Bəha məktəb geyimi, təmizlik və nəzakət haqqında yazır:
- "Məktəblərin təşkilinə dair: mümkün olarsa, məktəblilərin hamısı eyni cür libas geyinsinlər, bu paltarların materialları müxtəlif olsa belə. Daha yaxşı olardı ki, materiallar da eyni olsun; lakin bu mümkün olmasa, bunun elə bir ziyanı yoxdur. Şagirdlər nə qədər təmiz və səliqəli olsalar, o qədər yaxşıdır; onlar qüsursuz və çox təmizkar olmalıdırlar. Məktəb, havası yumşaq və təmiz olan yerdə yerləşməlidir. Uşaqlar çox qayğı ilə tərbiyə edilməlidirlər ki, son dərəcə nəzakətli və ədəbli olsunlar. Onlar davamlı surətdə təşviq olunmalıdırlar və onlarda insanın çata biləcəyi ən uca zirvələri fəth etmək həvəsi oyadılmalıdır ki, erkən yaşlarından onlara qarşılarına uca məqsədlər qoymaq, özlərini yaxşı aparmaq, ismətli, pak və nöqsansız olmaq öyrədilsin və onlar hər şeydə güclü qətiyyətə və möhkəm məqsədə malik olsunlar. Qoy onlar qeyri-ciddi omasınlar və boş şeylərlə məşğul olmasınlar, əksinə, inadla öz hədəflərinə doğru irəliləsinlər ki, hər bir şəraitdə onların qətiyyəti və mətanəti üzə çıxsın."
- Əbdül-Bəha Abbas, Yazılarından seçmələr, N110 [9]
Bəhai təlimləri praktikada
redaktəBəhailərin fokuslandığı dörd əsas fəaliyyət növündən ikisi olan uşaq siniflərinin təşkili və dərnəklər kimi tanınan kurslar ardıcıllığında iştirak bütün dünya bəhailərinin icma həyat tərzinə çevrilmişdir.
Ruhi kurslar ardıcıllığı
redaktəThe most common sequence is called Ruhi (meaning: of the spirit), which was originally developed in Colombia and currently consists of 7 courses, with the themes from the Bahá'í writings of prayer, education, history, and more.
Ruhi kursları Kolumbiyada inkişaf etdirilmiş və hazırda Bəhai yazılarının, duaların, təlimlərinin, tarixinin və s. cəmləndiyi 7 kursdan ibarətdir. Ardıcıllıq belədir:
- Kitab 1: Ruhun həyatı haqqında düşüncələr
- Kitab 2: Xidmətə qalxmaq
- Kitab 3: Uşaq dərslərinin aparılması
- Kitab 4: Qoşa Məzhər
- Kitab 5: Yeniyetmələrin güclərinin azad edilməsi
- Kitab 6: Əmrin təbliği
- Kitab 7: Xidmət yolunda birgə addımlayarkən
Bəhai ibadət evi
redaktəBəhai ibadət evi Bəhai yazılarında bir təsisat kimi keçir. O özlüyündə ibadət yeri, xəstəxana, universitet, hüzur evi, digər humanitar və təhsil strukturlarını birləşdirir.
Sosial və iqtisadi inkişaf
redaktəDünya üzrə müəyyən yetkinliyə çatmış Bəhai icmaları Sosial və İqtisadi İnkişaf proyektlərini öz üzərlərinə götürməyə başlayırlar. Bu peoyektlər yerdən-yerə dəyişən tələbatlara müvafiq olaraq müxtəliflik göstərirlər. Bunlara örnək kimi miqrant işçilər üçün pulsuz təlim proqramları, evsizlərin işlə təmini, qaçqınlara dəstək və s. göstərilə bilər. Həmçinin bəzi fərdlər cəmiyyətdəki təhsil praktikalarında islahatlar üzrə çalışmışlar, məsələn bir bəhai olan Dr. Dwight W. Allen birgə müəllifliklə William H. Cosby, Jr ilə 2000-ci ildə Amerikan məktəbləri: 100 milyard dollar meydanoxumasını yazmışlar.[1][2] Həmçinin Dr. Daniel Jordan-ın ANISA Educational Modeldəki işi.[3] Bəhailər dünya üzrə 300-dən çox akademik bəhai məktəbləri təsis etmişlər.[4]
Müəllimlərin yüksək tutulması
redaktəBəhai yazıları müəllimlərə çox yüksək şərəf istinad edir və Bəhai qanununa görə, bunun əksinə bir şəxsi vəsiyyət yazılmadığı halda insanın mirasının bir hissəsi onun müəlliminə çatır.
- "Özünütəsdiq və müvəffəqiyyət gerçəkləşincə və yetkinliyə çatınca, insanın sərvətə ehtiyacı olur, belə bir sərvət isə, sənət və ya peşə ilə əldə olunanda aqillərin gözündə, xüsusilə, özlərini aləmin tərbiyəsinə və onun insanlarının yetişməsinə həsr edən bəndələrin nəzərində bəyənilən və təqdir ediləndir. Onlar, həqiqətən, həyatverici irfan sularının saqiləri və kamillik yolunun bələdçiləridir. Onlar dünyanın insanlarını doğru yola istiqamətləndirir, onlara insanın yüksəlməsinə və ucalmasına kömək edən şeyləri bildirirlər. Doğru yol o yoldur ki, insanı idrak səhərinə və həqiqi anlayış məşriqinə hidayət edir, izzətə, şərəfə və həqiqi böyüklüyə aparır. "
- Bəhaullah, Kitabi-Əqdəsdən sonra nazil olmuş lövhləri: Tarazat, səh. 33. [10]
İstinadlar
redaktə- ↑ "Darden Collete of Education (2006-03-20). "Dr. Dwight W. Allen, Professor, Dept. of Educational Curriculum and Instruction". Old Dominion University. Archived from the original on 18 October 2006. Retrieved 2006-10-22". 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-29.
- ↑ "Cosby, William H.; Allen, Dwight (2000-10-15). American Schools: The 100 Billion Dollar Challenge. Warner Books". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-29.
- ↑ "A Summary Statement on the ANISA Model(with a dozen PhD theses on the model to date.)". 2006-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-29.
- ↑ Educators for Social and Economic Development (2006-12-28). "Links to Baha'i Inspired Schools & Educational Initiatives". Educators for Social and Economic Development. Archived from the original on 2006-10-15. Retrieved 2006-10-22.