Budce Vergi Fiskal Siyaseti - Wikipedia
İqtisadiyyat və siyasət elmində fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunur[1]. Keyns iqtisadi məktəbinə görə, dövlət vergilərin səviyyəsini (dərəcəsini) və xərclərini dəyişdikdə bu məcmu tələbə və iqtisadi aktivliyə təsir göstərir. Fiskal siyasət biznes tsikllərində dəyişikliklər baş verdikdə iqtisadiyyatı sabitləşdirmək üçün tətbiq edilir[2]. Fiskal siyasətin iki əsas aləti olan vergilər və dövlət xərcləri dəyişdikdə, bu aşağıdakı makroiqtisadi göstəricilərə təsir edir[3]:
- Məcmu tələb və iqtisadi aktivliyin səviyyəsi;
- Yığım və investisiyalar;
- Gəlirlərin bölgüsü. Fiskal siyasət monetar siyasətdən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, fiskal siyasət qanunvericilik aktı ilə tənzimlənən dövlət gəlirləri və xərclərindəki dəyişiklik vasitəsilə iqtisadiyyata təsir göstərir. Monetar siyasət isə mərkəzi bank tərəfindən pul təklifinə, faiz dərəcəsinə və məcburi ehtiyat normasına təsir etməklə bunu həyata keçirir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fiskal siyasətin növləri
redaktəFiskal siyasətin 3 əsas növü vardır[3]:
- Neytral fiskal siyasət adətən iqtisadiyyat tarazlıq hökm sürən zaman tətbiq edilir. Bu zaman dövlət xərcləri tam olaraq dövlət gəlirləri hesabına maliyyələşir və iqtisadiyyata neytral təsir göstərir.
- Genişləndirici fiskal siyasət zamanı dövlət xərcləri gəlirləri üstələyir. Bu siyasət adətən böhran dövründə həyata keçirilir.
- Daraldıcı fiskal siyasət həyata keçirilirsə, dövlət gəlirlərinin yalnız bir hissəsi xərclərə yünəldilir. Qalan hissə isə dövlətin daxili və ya xarici borclarının ödənməsinə yönəldilir, lakin bu təsnifat aldadıcı ola bilər. Çünki, bəzən vergi dərəcəsində və ya xərclərdə dəyişiklik edilmədiyi hallarda belə, iqtisadiyyatda biznes tsiklləri zamanı yaranan tərəddüdlər vergi gəlirlərinin və bəzi dövlət xərclərinin dəyişməsinə və büdcə kəsrinin yaranmasına səbəb ola bilər, amma bu heç də siyasətdə dəyişiklik hesab olunmur. Buna görə də, yuxarıda qeyd etdiyimiz "dövlər gəlirləri" və "dövlət xərcləri" adətən "dövrü olaraq tənzimlənən dövlət gəlirləri" və "dövrü olaraq tənzimlənən dövlət xərcləri" adlandırılır. Nəticədə, məsələn, dövlət büdcəsi iqtisadi tsiklin böyük bir hissəsində balansdadırsa, bunu neytral fiskal siyasət hesab etmək olar.
Gəlirlərin formalaşma mənbələri
redaktəDövlət xərcləri hərbi və polisdən tutmuş təhsil və səhiyyəyə kimi xidmətlərə eləcə də, əhalinin az gəlirli hissəsinə ödənən transfertlərə yönləndirilə bilər. Bu xərclər bir çox mənbədən maliyələşə bilər[3]:
- Vergilər;
- Daxili və xarici borcların alınması;
- Dövlət rəsmi ehtiyatlarının xərclənməsi;
- Dövlət aktivlərinin satılması;
- Senyoraj (ing. Seigniorage) (pul çapından əldə edilən gəlir);
- Dövlət müəssisələrinin mənfəəti.
Sıxışdırma effekti
redaktəFiskal siyasət sıxışdırma effekti (crowding-out) ilə məhdudlaşır. Dövlət hər hansı layihə həyata keçirərkən nəzərə almalıdır ki, bu özəl sektor üçün çətinlik yaratmayacaq, yəni onların bu resurslardan istifadəsi məhdudlaşmayacaq. Sıxışdırıb çıxarma effekti o zaman baş verir ki, dövlət özəl sektorun görəcəyi işi həyata keçrir və əlavə istehsalı təmin etmir.
Avtomatik tənzimləyicilər
redaktəFiskal siyasət avtomatik tənzimləyicilər vasitəsilə də həyata keçirilə bilər. Bu mexanizm vasitəsilə fiskal siyasətdə qərarın qəbul edilməsindəki gecikmənin səbəb olacağı mənfi effektlər minimum səviyyəyə endirilir. Bu tənzimləyicilərə misal olaraq, işsizliyin səviyyəsi artdıqca işsizlərə verilən müavinətlərin ümumi həcminin artmasını və gəlir azaldıqca vergi dərəcəsinin azalmasını göstərmək olar.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Concise Encyclopedia of Economics: Fiscal Policy". 2010-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-07.
- ↑ O' Sullivan, Arthur; Steven M. Sheffrin. Economics: Principles in action. Upper Saddle River, New Jersey 07458: Prentice Hall. 2003. 387. ISBN 0-13-063085-3. 2016-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-07.
- ↑ "Arxivlənmiş surət". 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-12.