Boyuk Dordluk Birinci Dunya Muharibesi - Wikipedia
Böyük dördlük ("Dördlər" şurası) — Birinci Dünya müharibəsindən sonra 1919-cu ilin yanvarında Paris sülh konfransında görüşən aparıcı müttəfiq dövlətlərin başçıları.
Haqqında
redaktəBöyük dördlüyün ("Dördlər" şurası)nın tərkibinə Vudro Vilson (ABŞ), Devid Lloyd-Corc (Böyük Britaniya), Vittorio Orlando (İtaliya) və Jorj Klemanso (Fransa) daxil idi. Böyük dördlük 20-dən çox müttəfiq dövlətin nümayəndəsinin iştirak etdiyi Paris sülh konfransında müzakirə ediləcək məsələlərin əvvəlcə məhdud dairədə müzakirə olunması üçün ABŞ prezidenti Vudro Vilsonun[1] təklifi ilə yaradılmışdır. Bu dövlətlərin başçıları Almaniya ilə imzalanan Versal müqaviləsinin, Avstriya ilə imzalanan Sen-Jermen müqaviləsinin, Macarıstanla imzalanan Trianon müqaviləsinin, Bolqarıstanla imzalanan Nöyi müqaviləsinin, Osmanlı imperiyası ilə imzalanan Sevr müqaviləsinin, 1920-ci ildə kecirilən San-Remo konfransının aparıcı arxitektorları olmuşdur.[2].
Xarici keçid
redaktə- Всемирная история дипломатии. Раздел шестой. Дипломатия в период подготовки Второй мировой войны (1919–1939 гг.). Глава первая. Версальский мир (1919 г.) (проф. Минц И. И.)
- Киссинджер Г. Дипломатия. Глава девятая. Новое лицо дипломатии: Вильсон и Версальский договор
- Signing the Treaty of Versailles, 1919
- ↑ The Deliberations of the Council of Four (March 24-June 28, 1919): Notes of the Official Interpreter, Paul Mantoux. (Two volumes); by Paul Mantoux, Manfred F. Boemeke (Editor), A. S. Link (Editor)[ölü keçid] ISBN 9780691047935,ISBN 0691047936
- ↑ Beck, Roger B. World History: Patterns of Interaction. Evanston, Illonois: McDougal Littell. 1999. 760. ISBN 0-395-87274-X.