Boyuk Xinisli - Wikipedia
Böyük Xınıslı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.
Böyük Xınıslı | |
---|---|
40°39′ şm. e. 48°37′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şamaxı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Böyük Xınıslı Şamaxı rayonunun Şamaxı Şəhər inzibati ərazi vahidində kənd. Xınıslı çayının (Zoğalavay çayının qolu) sağ sahilində, Meysəri silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Əvvəllər rayonun ərazisində Kicik Xınıslı (və ya Dərə Xınıslısı) kəndi də olmuşdur. İndi bu kənd Şamaxı Şəhərinin bir məhəlləsidir. Orta əsrlərdə Türkiyədə Xınıslı adlı Şəhər və vilayət olmuşdur. Səlcuqilər, Səfəvilər dövlətlərinin siyasi həyatında muhum rol oynamış xınıslıların adını daşıyır. Etnotoponimdir[1].
Tarixi
redaktəXınıslı kəndinin tarixi IV əsrlərə qədər gedib çıxır. Adı ərəb tarixçilərinin və sayahətçilərinin əsərlərində Şamaxı yaxınlığında olan yaşayış məntəqəsi kimi keçir. Kənd yaxınlığında bir neçə tarixi qanlı döyüşlər olub. (Çala Çuxur) Məşhur Şirvanşah və uşaq arasında olan dialoq da burada olduğu deyilir. (Çör və çöp)
Mədəniyyəti
redaktəKənddə 9 illik orta məktəb, uşaq bağçası və kiçik kitabxana fəaliyyət göstərir. Məktəb Qarabağ döyüşlərində qəhrəmanlıqla həlak olan şəhid Rahim Soltanovun adını daşıyır.
Coğrafiyası və iqlimi
redaktəƏhalisi 600 nəfərə yaxındır.
Kənddə tarixi 100 ildən artıq ölçülən məscid fəaliyyət göstərir. Kəndin əhalisi müsəlman olsa da, radikal deyillər.
Kənd Şamaxı rayon mərkəzindən 3–4 km məsafədə yerləşir.
Böyük Xınıslı kəndi şimaldan Məlhəm və Əngəxaran, qərbdən Mehisərin və Ağabəyli, cənubdan isə Şamaxı və Kiçik Xınıslı kəndləri ilə əhatə olunmuşdur. Kişik Xınıslı kəndi hal-hazırda Böyük Xınıslı kəndindən bir neçə dəfə böyükdür. Bu kənd öz tarixini Böyük Xınıslıdan götürür.
Xınıslı kəndinin iqtisadiyyatı əsasən üzümçülük və fermer təssərrüfatı əsasında qurulmuşdur. Sovet ittifaqı dağılandan sonra üzümçülük iflas etmiş, yerini taxılçılığa vermişdir. Hal hazırda kənddə fərdi təsərrüfat inkişaf etməkdədir.
Üç tərəfdən dağlarla əhatə olunan kənd dağətəyi zonada yerləşir və gözəl iqlimə, o cümlədən gözəl təbiətə malikdir. Kəndin sağ və sol hissəsindən mövsümi çaylar axır.
Kənd əfsanəvi Gülüstan (qala) dağının ətəyindədir (200 metr). Böyük Şah İsmayıl Xətai Şamaxıya hücum edən zaman Şirvanşah (oğul II Şeyx İbrahim) burada gizlənmiş, təslim olmamışdır.
Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar.
Əhalisi
redaktəKənd əhalisi 487 nəfərdir ki, onunda 237 nəfəri kişi, 250 nəfəri isə qadınlar təşkil edir.
Din
redaktəKənddə Böyük Xınıslı kənd məscidi dini icması fəaliyyət göstərir[2].
İstinadlar
redaktə- ↑ ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 152. (az.)
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az (az.)
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |