Boyuk Muruq - Wikipedia
Böyük Muruq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Böyük Muruq | |
---|---|
41°25′51″ şm. e. 48°10′40″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qusar rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.110 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəKənd erkən orta əsrlərdə salınmışdır. "Muruğ " komponentindən ərsəyə gələn iki kənd adı var: Çexi Muruğ yəni Böyük Muruğ və Zindanmuruğ . Kəndin ərazisində Xlll əsrə aid məscid və tarixi çox qədimlərə gedib çıxan qəbirlərə rast gəlinir. Tarixi mənbələr bu kəndlərin əsasının hələ erkən orta əsrlərdə salındığını göstərir. "Muruğ" oykoniminə ilk dəfə X əsrdə "Abu Müslimin tarix " kitabında rast gəlinir.Bundan başqa mənbələrdə 1710-cu ildə Şirvanşah ll İbrahimin dövründə Böyük Muruq kəndinin adı çəkilir.
Toponimikası
redaktəBöyük Muruq oyk., mür. Qusar r-nunun Əcəxur i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Yerli əhali arasında Çexi Murux da deyilir. Güman etmək olar ki, murux-muxur sözünün fonetik dəyişikliyə uğramış formasıdır. Toponimiyada Muxur "keçə alaçıq" mənasında işlənir. Oykonim "böyük oba, böyük aul" mənasındadır.[2]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 564 nəfər əhali yaşayır.[3]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ https://www.stat.gov.az.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qusar rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |