Azerbaycanli Telebeler Ittifaqi - Wikipedia
Azərbaycanlı tələbələr ittifaqı — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Qərbi Avropa ölkələrinə ali təhsil almaq üçün göndərdiyi tələbələrin Almaniyada yaratdığı könüllü ictimai təşkilat.
Yaranması və Fəaliyyəti
redaktəAlmaniyada qeydiyyatdan keçmişdi. İttifaqın, üzərində Azərbaycan Xalq Cümhuriyyətinin əsas rəmzlərindən olan səkkizguşəli ulduzun ətrafında Azərbaycan və alman dillərində "Azərbaycan tələbələri komitəsi. Berlin" sözləri yazılmış möhürü var idi. İttifaqın bütün işlərini xaricdə ali təhsil alan azərbaycanlı tələbələrin ümumi yığıncağında seçilmiş idarə heyəti həyata keçirirdi. İttifaqın cari işlərinə idarə heyəti tərəfindən seçilən sədr rəhbərlik edirdi. İttifaq adından Azərbaycan Hökumətinə və digər təşkilatlara göndərilən rəsmi sənədləri idarə heyətinin sədri və katibi imzalayırdı.
1923-cü ildə ittifaqın tərtib etdiyi siyahıda xaricdəki azərbaycanlı tələbələrdən 54 nəfərinin Almaniyada, 13 nəfərinin Fransada, 3 nəfərinin İstanbulda və 1 nəfərinin İtaliyada təhsil aldığı bildirilirdi. Bu siyahıda onların ixtisasları və təhsil aldıqları ali məktəblərin adları, habelə təhsillərini başa çatdırmalarına nə qədər vaxt qaldığı da göstərilirdi[1].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild, Bakı, “Lider Nəşriyyat”, 2004, s. 208